Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Azərbaycan bu il nə qədər ət idxal edib? AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan bu il nə qədər ət idxal edib? AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ət sevən millət olduğumuz üçün qiymət artsa da, ətə olan tələbat azalmır. Dükanımızda ay ərzində təxminən 15 ton ət satırıq".

Bu sözlər qəssab Sərxan İmanova məxsusdur. O, Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında 41.4 min ton ət idxal etməsinin böyük rəqəm olmadığını düşünür:

"Bütün ölkə üzrə 41 min ton ət idxalı çox deyil. Əgər idxal olmasa, ölkədə ətə olan tələbat qarşılana bilməz. Xaricdən ətin gətirilməsi qiymətləri nisbətən tənzimləyir. Yerli istehsalda kənd camaatı qiyməti məcbur qaldırır. Çünki yem çox bahadır. Üstəlik, hər il otun, yemin qiyməti qalxmaqda davam edir. Ötən il bir yonca presini dörd manata alırdıq, bu il yeddi manatdır. Heyvana çəkilən xərc qazancdan çox olur. Bu səbəbdən idxal çoxalsa da, ətin bahalaşması normaldır".

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məlumat üçün bildirək ki, Azərbaycan ət idxalına çəkdiyi xərci 50 faizdən çox artırıb. Bu ilin yanvar-sentyabr aylarında 41,4 min ton ət idxal etmişik. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu həcmdə ətin dəyəri 90.5 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11.2 min ton (36.9%), dəyər baxımından isə 30.4 milyon ABŞ dolları (50.5%) çoxdur.

İldən-ilə xaricdən ət idxalına xərclənən vəsaitlər artır, daxildə isə ət bahalaşmaqda davam edir. Ölkə daxilində bu problemin həlli üçün addımlar atılırmı?

Millət vəkili Vüqar Bayramlı bildirib ki, Azərbaycanda ət məhsullarına olan tələbin təxminən 75 faizi yerli istehsal hesabına, dörddə biri isə idxal hesabına ödənilir: "Ət idxal etdiyimiz ölkələr arasında Gürcüstan və Hindistanı xüsusi qeyd etmək lazımdır. Bu və digər ölkələrdən ət idxalını həyata keçirməklə daxili tələbat ödənilir".

Millət vəkili vurğulayıb ki, idxalın dəyər ifadəsinin artmasının səbəblərindən biri də həmin ölkələrdə ərzaq, o cümlədən ət məhsullarının nisbətən bahalaşmasıdır: "Həmin məhsulların bahalaşması idxal dəyərinə təsir göstərir. Sözsüz ki, əsas məqsədlərdən biri idxaldan asılılığın aradan qaldırılması, bu istiqamətdə ət məhsullarının istehsalının dəstəklənməsidir. Bu kontekstdə heyvandarlığın dəstəklənməsi, təşviq alətlərinin genişlənməsi həmişə prioritetdir. Xüsusilə də, Şərqi Zəngəzurun bu istiqamətdə potensialı böyükdür. Bu potensialdan istifadə etməklə, idxalın minimallaşdırılması, yerli istehsal payının artırılması mümkündür".

Millət vəkili Azər Badamov da təəssüflənir ki, idxalın artmasına baxmayaraq bazarda qiymətlər də artmaqdadır. Həmsöhbətimiz bildirir ki, ət idxalının artmasının kökündə dayanan əsas məsələ ölkəmizdə heyvandarlıq sektorunda baş verən azalmadır. Onun sözlərinə görə, örüş yerləri əkin sahələrinə çevrildiyindən heyvanların saxlanılması imkanları məhdudlaşır. Bu da daxili bazarda ətlik malların azalmasına yol açır: "İşğaldan azad olunmuş ərazilərdə aqroparklar salınaraq yeni heyvandarlıq sahələri inkişaf etdirilir. Lakin bu ərazilərin minalanması torpaqların dövriyyəyə qaytarılmasında çətinliklər yaradır. Hesab edirəm ki, zaman keçdikcə həmin torpaqlar yenidən istifadə olunacaq və heyvandarlığın inkişaf etdirilməsi üçün yeni imkanlar açılacaq".

Millət vəkili vurğulayır ki, hazırkı statistikaya görə, heyvandarlıqda artım yox dərəcəsindədir. Bu da ətlə bağlı təminatda ölkəmizin idxaldan asılı olmasına səbəb olur: "İdxaldan asılılığımızın artması və idxal prosesində rəqabətin az olması ət bazarında bahalaşmaya yol açır. Ona görə də ətin idxalı prosesində rəqabətin yaranması və bazarda qiymət artımının qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir. Ət rasionumuzun vacib komponentidir. Azərbaycanlı ailələr digər ölkələrin xalqlarına nisbətən əti daha çox istifadə edirlər. Hamının ətə əlçatanlığını təmin etmək üçün həm daxili istehsal artmalıdır, həm də idxal prosesində rəqabət mühiti formalaşdırılmalıdır".

İqtisadçı Eyyub Hüseynov deyib ki, ötən ilə nisbətən Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da müxtəlif səbəblərlə bağlıdır: "Həm ölkədə əhali artımı, həm də ət istehlakında artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizdə örüş yerlərinin azalması da heyvandarlığın rentabelliyini aşağı salır, yemin xaricdən gətirilməsi maya dəyərinə təsir edir. Bu, yerli istehsala ciddi şəkildə təsir edir. Lakin hesab edirəm ki, növbəti illərdə işğaldan azad olan bölgələrdə heyvandarlığı inkişaf etdirmək imkanımız var. Növbəti illərdə ət istehsalında artım imkanları yaranacaq, iş yerləri açılacaq ki, bu da ətin qiymətinin artmasının qarşısını alacaq".

Ekspert bildirib ki, qiymət artımının qarşısını almaq üçün yerli istehsal genişləndirilməlidir: "Bu baxımdan bizim yeganə çıxış yolumuz ölkədə heyvandarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yerli yem istehsalının artırılmasıdır. Ölkədə fərdi təsərrüfatlarda da heyvanların saxlanılması artıq çətinliklər yaradır. Bu baxımdan yerlərdə ev təsərrüfatlarının da inkişafına dövlət tərəfindən müəyyən subsidiyaların ayrılması bu istiqamətdə qiymət artımının qarşısını alar və ət istehsalının artırılmasına dəstək olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Noyabr 2024 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri