Icma.az
close
up
RU
Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“2025-ci ilin yanvar-iyul aylarında qeyri-neft ixracı 2,09 mlrd. dollar olmuşdusa, 2026-cı ilin eyni dövründə 5,93 mlrd. dollara çatıb. Yəni qeyri-neft ixracı bir il ərzində 184 % artıb”.

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, ümumi ixracda qeyri-neft sektorunun payı da 13,7 %-dən 30,7 %-ə yüksəlib."Amma bu rəqəmləri Azərbaycanın qeyri-neft istehsalının və ixrac potensialının 3 dəfəyə yaxın artması kimi qəbul etmək ciddi yanlışlıq olardı. Çünki 5,93 mlrd. dollarlıq qeyri-neft ixracının strukturuna baxanda tamamilə fərqli mənzərə ortaya çıxır.

Əsas səbəbkar qızıl effektidir. 2026-cı ilin ilk 7 ayında Azərbaycan 3,71 mlrd. dollar dəyərində qızıl ixrac edib. Təkcə qızıl bütün qeyri-neft ixracının 62,49 %-ni, ölkənin ümumi ixracının isə 19,18 %-ni təşkil edib.

Burada daha maraqlı məqam satışın vaxtıdır. 2026-cı ilin ilk 3 ayında Azərbaycanın bütün qeyri-neft ixracı cəmi 862 mln. dollar idi. 

Aprelin sonunda isə bu göstərici birdən-birə 4,70 mlrd. dollara yüksəlib. Çünki əvvəlki illərdə alınmış qızıl aprel ayında böyük həcmdə satılıb və ilk 4 ayın sonunda qızıl ixracı artıq 3,60 mlrd. dollara çatıb. Yəni ilk 7 ayda satılmış 3,71 mlrd. dollarlıq qızılın təxminən 97 %-i artıq aprelin sonunda satılmışdı.

Dünya bazarında qızılın yüksək qiymətlərindən istifadə edərək belə böyük həcmdə qızıl satılması strateji baxımdan ağıllı və iqtisadi baxımdan doğru addımdır.

Əlverişli bazar konyunkturasında aktivin realizə edilməsi investisiya idarəçiliyi baxımından rasional qərardır.

Eyni zamanda, belə əməliyyatlar ölkənin maliyyə aktivlərinin səmərəli idarə olunması, valyuta daxilolmalarının artırılması və ümumi maliyyə mövqeyinin gücləndirilməsi baxımından da müsbət qiymətləndirilməlidir. 

Amma bunun qeyri-neft ixracının real vəziyyətinin qiymətləndirilməsində yaratdığı statistik effekti də görmək lazımdır. 5,93 mlrd. dollarlıq qeyri-neft ixracından qızılı çıxanda cəmi 2,23 mlrd. dollar qalır.

Yəni qeyri-neft ixracında görünən nəhəng artımın əsas mənbəyi ənənəvi qeyri-neft istehsalının genişlənməsi deyil, böyük həcmdə qızıl satışıdır. Bu fərq büdcə və maliyyə siyasəti baxımından əhəmiyyətlidir.

Çünki birdəfəlik və ya dövri xarakter daşıyan yüksək həcmli aktiv satışından yaranan valyuta daxilolması ilə davamlı istehsal və ixrac hesabına formalaşan gəlirlərin iqtisadi və fiskal dayanıqlılığa təsiri eyni deyil".

İqtisadçı qeyd edib ki, qeyri-neft ixracının qalan hissəsinin hamısını iqtisadiyyatın real diversifikasiyasının nəticəsi hesab etmək olmaz:

"Çünki rəsmi olaraq qeyri-neft ixracına daxil edilən məhsulların əhəmiyyətli bir hissəsi yenə təbii resurslara və ilkin emala söykənir. 

Məsələn, 2026-cı ilin ilk 7 ayında 203 mln. dollarlıq plastmas və ondan hazırlanan məmulatlar, 184 mln. dollarlıq kimya sənayesi məhsulları ixrac edilib.
Bunun 55 mln. dolları metanol, 88 mln. dolları azot gübrəsidir. Bunlar neft-qaz və neft-kimya bazası ilə birbaşa bağlı məhsullardır.

Maraqlıdır ki, bu istiqamətdə artım da müşahidə olunmur. Kimya sənayesi məhsullarının ixracı 2025-ci ilin 194 mln. dollardan 2026-cı ildə 184 mln. dollara, plastmas və ondan hazırlanan məmulatların ixracı isə 222 mln. dollardan 203 mln. dollara düşüb.

Digər təbii resurslara əsaslanan ixracda isə fərqli dinamika var. Alüminium ixracı 119 mln. dollardan 165 mln. dollara yüksəlib.

Bu məhsulların ixracı və emalı iqtisadiyyat üçün əhəmiyyətlidir və əlavə dəyər yaradır, amma qeyri-neft ixracının strukturunu qiymətləmdirərkən onların da təbii resurs bazasına söykəndiyini nəzərə almaq lazımdır. 

Real sektor baxımından müsbət dinamika göstərən sahələr var.Tərəvəz və meyvə ixracı 506 mln. dollardan 589 mln. dollara, pambıq lifi 110 mln. dollardan 137 mln. dollara, pambıq iplik isə 17 mln. dollardan 31 mln. dollara yüksəlib.

Bu artımların davamlı xarakter alması qeyri-neft sektorundan formalaşan gəlir bazasının genişlənməsi və nəticə etibarilə dövlət maliyyəsinin və büdcə gəlirlərinin uzunmüddətli dayanıqlılığı baxımından da əhəmiyyətlidir.

O qeyd edib ki, qeyri-neft ixracının 2,09 mlrd. dollardan 5,93 mlrd. dollara yüksəlməsi çox yaxşı statistik göstəricidir:

"Amma bu artımın iqtisadi mahiyyətini qiymətləndirərkən onun strukturunu və artımı formalaşdıran əsas amilləri də ayrıca nəzərə almaq vacibdir.

Əvvəlcə qızıl effektini, sonra neft-kimya və digər resurs əsaslı məhsulları ayırmaq, yalnız bundan sonra ölkənin real qeyri-resurs ixracının hansı sürətlə böyüdüyünə baxmaq lazımdır. 

Azərbaycanın qarşıdakı illərdə qeyri-neft ixracını daha da genişləndirmək, büdcənin gəlir bazasını şaxələndirmək və maliyyə dayanıqlılığını gücləndirmək üçün böyük potensialı var.

Bu perspektivdə uğurların daha dayanıqlı olması üçün bugünkü müsbət göstəricilərlə yanaşı, rəqəmlərin arxasında dayanan real iqtisdi proseslərin də düzgün təhlil edilməsi vacibdir. 

Çünki bugünkü düzgün statistik-iqtisadi təhlil növbəti mərhələdə daha sağlam iqtisadi, maliyyə və büdcə qərarlarının qəbul edilməsi üçün əsasdır".

Gülər 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri