Azərbaycan bu il Rusiyaya nə qədər qeyri neft qaz məhsulları ixrac edib?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyaya 814,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
8 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 394,5 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 220,2 milyon ABŞ dolları olub.
Ötən 8 ayda Azərbaycan həmçinin Gürcüstana 216,4 milyon ABŞ dolları (2,4 dəfə çox), Ukraynaya isə 131,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 30 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















