Azərbaycan bu ixracdan 190 milyon dollara yaxın vəsait qazanıb
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında 137 min 847,16 ton meyvə-tərəvəz ixrac edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artım deməkdir.
Ölkə.Az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ixrac edilən meyvə-tərəvəzin ümumi dəyərinin 22 faiz artaraq 187 milyon 37,8 min ABŞ dolları təşkil edib.
Bununla da qeyd olunan məhsulların ölkənin ümumi ixracındakı payı ötən ilin müvafiq dövründəki 2,4 faizdən 3,46 faizə yüksəlib.
Eyni zamanda, cari ilin ilk üç ayında Azərbaycana meyvə-tərəvəz idxalı həcm baxımından 8,2 faiz azalaraq 129 min 1,57 ton təşkil etsə də, bu məhsulların dəyəri 3,5 faiz artaraq 109 milyon 935,67 min dollar olub.
Ümumi idxal əməliyyatlarında meyvə-tərəvəz məhsullarının payı isə ötən ilin eyni dövründəki 1,88 faizlə müqayisədə artaraq 2,75 faizə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















