Icma.az
close
up
RU
Azərbaycan bu yarışa qoşulur İLGİNC DETALLAR

Azərbaycan bu yarışa qoşulur İLGİNC DETALLAR

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Böyük dövlətlərin nadir torpaq elemenetlərinə sahib olması uğrunda mübarizəsi genişlənib. Smartfonlardan külək turbinalarına qədər bir çox məhsulun istehsalı birbaşa nadir torpaq elementləri ilə bağlıdır. Bura istehlak elektronikası, elektrik nəqliyyat vasitələri, təyyarə mühərrikləri, tibbi avadanlıqlar, o cümlədən raketlər və radar sistemləri də aiddir".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, nadir torpaq elementlərinə sahib olan əsas ölkə Çindir. Çinin bu sahə üzrə xammalların ixracına tətbiq etdiyi məhdudiyyətlər qlobal bazarda yeni gərginlik yaradıb:

"Çin qlobal mədən hasilatının təxminən 60 faizini, emal və daimi maqnit istehsalının isə 90 faizini təmin edir. Pekin nadir torpaq metalları üçün hasilat, əritmə və ayırma kvotaları müəyyən edir. Çin 2025-ci ildən başlayaraq nadir torpaq metalları və digər kritik xammalların ixracına məhdudiyyətlər tətbiq edib. Bu qərar Qərb ölkələrinin vəziyyətini mürəkkəbləşdirib və bu, əsasən müdafiə sənayesinə mənfi təsir edib. Müdafiə layihələrinin icrasında gecikmələr müşahidə olunmağa başlayıb və xammal qiymətlərində ciddi artım qeydə alınıb. Beynəlxalq Energetika Agentliyinin hesabatına görə, məhdudiyyətlər müxtəlif ölkələrin istehsal sahələrinə trilyonlarla dollar zərərə gətirə bilər. Ona görə də hesabat müəlliflərinin fikrincə, tədarük zəncirlərindəki asılılığı azaltmaq üçün ölkələr arasında strateji əməkdaşlıq gücləndirilməli və "yüksək riskli" hesab olunan 11 kritik material üzrə ehtiyat fondları formalaşdırılmalıdır.

Bu arada, İsveç hökuməti kritik metalların və nadir torpaq minerallarının hasilatını milli təhlükəsizlik maraqları elan edərək Çindən asılılığın qarşısını almaq üçün yeni mədən strategiyasına ehtiyac olduğunu açıqlayıb. İsveç böyük mineral ehtiyatlarına malikdir. Həmin ehtiyatların işlədilməsi və istehsalı sayəsində Avropa İttifaqının nadir torpaq elementləri ilə bağlı Çindən asılılığını azaltmaq mümkündür. İsveç hökuməti hesab edir ki, nadir torpaq elementlərinin istehsalıyla bağlı mədənlərdə işlər başlanarsa, bununla İsveçlə yanaşı, Avropa İttifaq, o cümlədən NATO-nun müdafiə qabiliyyətinə mühüm töhfə verilmiş olacaq. Nadir torpaq elementlərinin işlədilməsiylə bağlı İsveçdə yeni yatırım şirkəti qurulacaq. ABŞ və Avropa İttifaqı ölkələri başqa bölgələrdə nadir torpaq elementlərinin işlədilməsi və yatırım qoyulması planlarını hərəkətə gətirməyə çalışır. Bu sırada Afrika və Mərkəzi Asiya ölkələrinin adı çəkilir. Nəticədə Qərb ölkələrinin Çinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətlərə mənfi təsiri azalacaq".

Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan da bu sahəyə diqqətini artırıb. Belə ki, Şərqi Zəngəzurda nadir və nadir torpaq elementləri ilə zəngin böyük perspektivli sahələr müəyyən edilib:

"İlkin nəticələr işğaldan azad edilmiş ərazilərdə faydalı qazıntıların axtarışını şərtləndirir. Bu isə Azərbaycan iqtisadiyyatına yüksək texnologiyalar üçün xammal təminatı baxımından yeni imkanlar açacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 İyul 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri