Azərbaycan buna böyük sərmayələr yatırıb Overçuk
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Azərbaycan öz ərazisində müasir yol şəbəkəsinin qurulmasına böyük sərmayələr yatırıb.
Globalinfo.az xəbər verir ki, bunu APA-nın İrana ezam olunmuş əməkdaşına Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin avtomobil nəqliyyatı üçün istifadə olunduğunu qeyd edən Rusiya hökumət rəsmisi deyib ki, hərəkətin sürücülər, daşıyıcılar, ixracatçılar və idxalçılar üçün maksimum rahat olması üçün müvafiq infrastrukturun işləməsi vacibdir.
Rusiya-Azərbaycan sərhədində nəzarət-keçid işlərinin effektiv şəkildə həyata keçirildiyini vurğulayan Overçuk buna İran tərəfində də nail olmağın vacibliyini bildirib: “Eyni zamanda, görürük ki, Azərbaycan öz ərazisində müasir yol şəbəkəsinin qurulmasına böyük sərmayələr yatırıb. Təbii ki, ixrac və idxal yüklərinin, mallarının daşınması ilə məşğul olan avtomobil daşıyıcılarının işinin effektivliyi İran tərəfdəki nəzarət-keçid məntəqələrinin işinin effektivliyindən asılıdır. Bu gün İrana daxil olarkən gördük ki, Azərbaycan tərəfinə İrandan daxil olmaq üçün növbədə dayanan yük maşınlarının əksəriyyəti Rusiya avtomobilləridir. Bu, ölkələrimiz arasında belə sıx ticarət-iqtisadi əlaqələrin mövcud olması baxımından çox yaxşıdır”.


