“Azərbaycan bunu təkbaşına bacardı”
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
“İndiyə qədər Qarabağa 17 milyard manat xərclənib, il sonuna bu rəqəm 20 milyarda çatacaq. Bu, illik büdcənin yarısı qədərdir. Azərbaycan bunları öz daxili resursları ilə edib”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.
O xatırladıb ki, Zəfərdən sonra bəzi xarici dairələr Azərbaycanın bu yükün öhdəsindən gələ bilməyəcəyini düşünürdü, lakin:
“Azərbaycan hər gün yeni yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı ilə sübut edir ki, qarşıya qoyduğu vəzifələri uğurla icra edir”.
Mirzəzadə qeyd edib ki, Ermənistanın ara-sıra etiraflarına baxmayaraq, regionda hələ də təhlükələr qalır:
“Azərbaycan daim özünü müdafiəyə hazır olmalıdır. Yeni silahların alınması və ordunun peşəkarlığının artırılması üçün ayrılan vəsait həyati vacibdir”.
O həmçinin kiber təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini vurğulayıb:
“Dövlət informasiya resurslarına hücumlarla bağlı xəbərlər göstərir ki, bu sahə böyük diqqət və resurs tələb edir”.
Afət Ziyadqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 19 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















