Icma.az
close
up
RU
“Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir” DEPUTAT DANIŞDI

“Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir” DEPUTAT DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, ilk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılması tam məntiqli və əsaslandırılmış yanaşmadır:

“Azərbaycan ötən illər ərzində müharibədən əziyyət çəkən Ukrayna xalqına müxtəlif istiqamətlərdə humanitar yardımlar göstərib. Bu yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatların göndərilməsi, kritik vaxtda təcilli yardım maşınlara yanacaq yardımın edilməsi , generator və transformatorlarla təminat kimi həyati əhəmiyyətli layihələr xüsusi yer tutur. Yəni, özü də çətinliklərdən keçmiş bir ölkə olaraq Azərbaycan kritik vəziyyətdə olan bir xalqa real və praktiki dəstək nümayiş etdirib.
Bununla yanaşı, ukraynalı uşaqların və tələbələrin reabilitasiyası məqsədilə onların mütəmadi olaraq Azərbaycana gətirilməsi, psixoloji və sosial dəstək proqramlarına cəlb olunması da diqqətəlayiqdir. Bu, təkcə maddi deyil, eyni zamanda mənəvi həmrəyliyin də göstəricisidir.
Humanitar yardım xətti ümumilikdə Azərbaycanı beynəlxalq arenada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir. Müharibədən zərər çəkmiş əhaliyə göstərilən dəstək Ukrayna cəmiyyətində ölkəmizə qarşı müsbət ictimai rəy formalaşdırır. Bu isə gələcək siyasi və iqtisadi əməkdaşlıq üçün mühüm sosial baza yaradır.
Bununla yanaşı, Azərbaycanın Ukrayna ilə münasibətlərində enerji təhlükəsizliyi, mina təmizlənməsi və bərpa-quruculuq sahələrini ön plana çıxarması strateji baxımdan çoxşaxəli və uzunmüddətli təsirlər vəd edir. Bu yanaşma yalnız mövcud əməkdaşlığı dərinləşdirmir, eyni zamanda gələcək tərəfdaşlığın institusional əsaslarını da möhkəmləndirir.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları və alternativ enerji potensialı Ukraynanın enerji diversifikasiyası siyasətinə mühüm töhfə verə bilər. Bu isə daha geniş kontekstdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu artırır və ölkəmizi regionda strateji aktor kimi möhkəmləndirir.
Mina təmizlənməsi sahəsində Azərbaycanın əldə etdiyi unikal təcrübə Ukrayna üçün xüsusilə актуaldır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı minatəmizləmə işləri ölkəmizə ciddi texniki və institusional bilik qazandırıb. Bu təcrübənin paylaşılması həm humanitar, həm də praktiki əməkdaşlığın genişlənməsinə xidmət edə bilər.
Bərpa-quruculuq istiqamətində isə Azərbaycan son illərdə böyük infrastruktur layihələrini uğurla həyata keçirib. Dağıdılmış ərazilərin qısa müddətdə yenidən qurulması sahəsində əldə olunan təcrübə Ukraynanın post-müharibə bərpasında faydalı ola bilər. Bu, eyni zamanda Azərbaycan şirkətləri üçün yeni iqtisadi imkanlar yaradır və qarşılıqlı investisiya axınını təşviq edir.
Nəticə etibarilə, bu dörd istiqamətin prioritetləşdirilməsi Azərbaycan–Ukrayna münasibətlərini daha praktik, qarşılıqlı faydaya əsaslanan və dayanıqlı müstəviyə keçirə bilər. Bu yanaşma siyasi dialoqu gücləndirməklə yanaşı, iqtisadi inteqrasiyanı da sürətləndirəcək və hər iki ölkənin regional və qlobal mövqelərini möhkəmləndirəcək.
Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan dövləti milli maraqlara əsaslanan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Ölkəmizin digər dövlətlərlə qurduğu ikitərəfli münasibətlər heç bir halda üçüncü tərəflərin maraqlarına qarşı yönəlmir. Bu kontekstdə, Rusiya-Ukrayna müharibəsi davam etdiyi şəraitdə Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlıq həyata keçirmir.
Azərbaycanın həm qonşu dövlətlərlə, həm də uzaq region ölkələri ilə münasibətlərdə balansı qoruması ölkəmizə eyni zamanda sülh təşəbbüslərində iştirak etmək və dialoq platforması kimi çıxış etmək imkanı yaradır. Uzun illər ərazi bütövlüyü problemi və müharibə yaşamış bir ölkə kimi Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri