Azərbaycan BVF dən texniki yardımın genişləndirilməsini istəyir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan dövlət maliyyəsinin idarə edilməsi və fiskal islahatlar istiqamətində Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardımının genişləndirilməsində maraqlıdır.
“APA-Economics” xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov BVF-nin Sərəncamçı direktorunun müavini Bo Li ilə görüşündə bildirib.
O, dövlət maliyyəsinin idarə edilməsi, ortamüddətli büdcə planlaşdırılması, fiskal qaydaların tətbiqi və institusional potensialın gücləndirilməsi istiqamətlərində BVF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nazirin birinci müavini makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, büdcə gəlirlərinin artırılması və fiskal risklərin monitorinqi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Bo Li isə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib.
O, BVF-nin bu sahələrdə Azərbaycana dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















