Icma.az
close
up
RU
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir RƏY

Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ konqresmeni dəfələrlə ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləyib



  ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib. Amerika Prezidentinin İqlim üzrə Xüsusi Nümayəndəliyinin Qanunvericilik Məsələləri üzrə Direktoru Julia Greensfelder bildirib ki, “ABŞ konqresmeni Frank Peloni artıq Azərbaycanda deyil”. Qeyd edək ki, F.Peloninin Azərbaycana səfəri ictimaiyyətin qınağına və hiddətinə səbəb olmuş, onun ölkəni tərk etməsi tələbi ilə aksiyalar keçirilmişdi. Əslində, Frank Peloni noyabrın 18-dən COP29-da iştirak etməyi, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdırırmış. Lakin Bakıda hava limanında Azərbaycan mediasına yaxalanıb. Yerli media ondan Azərbaycana qarşı iftira kampaniyaları üçün hər ay erməni lobbi təşkilatlarından nə qədər maliyyə alması, lobbiçilik xidmətləri üçün tariflərinin neçə dollar olması ilə maraqlanıb. Peloni sualları cavablandırmadan COP29-un arxa otaqlarında jurnalistlərdən gizlənməyə çalışıb. Ona COP29-da keçirilən brifinqdə iştirak təklif olunsa da, ictimai qəzəblə qarşılanan Peloni brifinqə qatılmaqdan imtina edib. Onu hoteldə Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları etiraz aksiyası ilə qarşılayıb. “Azərbaycan xalqından üzr istə!” şüarları ilə üzləşən ABŞ konqresmeni hotelə mühafizəçilərinin və yerli hüquq-mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilib və bütün görüşlərini ləğv edib. Beləliklə, Frank Peloninin Azərbaycana səfəri rüsvayçılıqla yadda qalıb. Xatırladaq ki, Peloni ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi məşhurdur. Onun fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.

  Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, müxtəlif ölkələrin parlamentlərində və siyasi institutlarında Azərbaycana qarşı aşkar qərəzli mövqelər sərgilənir. Professor vurğulayıb ki, bu mənada ABŞ-nin Konqresində də dəfələrlə ölkəmizə qarşı ədalətsiz və qərəzli mövqelərin sərgiləndiyini görmüşük:

"Hətta bir müddət öncə 62 konqresmenin Azərbaycana münasibətdə sanksiyaların tətbiq olunması təklifini də gördük. Bu, hər şeydən əvvəl sübut edir ki, Azərbaycanın öz milli maraqları çərçivəsində tam müstəqil siyasəti ayrı-ayrı dairələr tərəfindən həzm olunmur. Ümumiyyətlə, Qərb siyasi institutları idarəolunan siyasi rejimləri təqdir edirlər. Azərbaycan isə müstəqil siyasəti ilə hər zaman iradə nümayiş etdirir. Konkret olaraq bəzi ABŞ konqresmenləri hər zaman Azərbaycana qərəzli yanaşmaları ilə xüsusən diqqət mərkəzində olublar. Ermənipərəst mövqeləri ilə seçilən belə insanları cəmiyyətimiz də çox yaxşı tanıyır və qınaqla qarşılanır. Bu mənada Frank Peloni kimi qərəzli şəxsləri ayrıca qeyd etmək lazımdır. Hesab edirəm ki, istər Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən, istərsə də Qarabağdakı keçmiş separatçı rejimə son qoyulduqdan sonra Peloni Azərbaycana qarşı tam əsassız, qərəzli və ittiham xarakterli açıqlamalarla gündəmə gəlib".

  E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan cəmiyyətinin göstərdiyi reaksiya çox təbiidir: "Bu həm də onun göstəricisidir ki, milli məsələlərdə Azərbaycan cəmiyyətində ciddi birlik mövcuddur. Milli maraqlarımızı kölgə altına salmaq istəyən istənilən şəxs cəmiyyətin sərt qınağına tuş gəlir və gələcək. Peloni də Azərbaycan cəmiyyətində özünə qarşı sərt münasibəti gördü. Bundan sonrakı fəaliyyətində korrektə etmək barədə düşünə bilər. Çünki o artıq Azərbaycanda ictimai qınaq obyektidir. Bu hadisə ölkəmizə qarşı xüsusi canfəşanlığı ilə seçilən digər konqresmenlərə də ciddi siqnal olmalıdır. Onların qərəzli fəaliyyəti təmsil etdikləri strukturları və ölkələri də qınaq obyektinə çevirə bilər. Həmçinin ölkələr arasında gərginliyin formalaşmasına səbəb olar". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri