Icma.az
close
up
RU
Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək

Azərbaycan çempionatı Super Liqa adı altında keçiriləcək

Fanat saytına istinadən Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində 2026/2027 mövsümündə voleybol üzrə Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib.

Fanat.Az xəbər verir ki, görüşdə AVF-nin İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli, aşağı yaş qrupları üzrə təlim işləri koordinatoru Nərgiz İsmayılova, Super Liqada iştirak edəcək komandaların nümayəndələri və federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbirdə bildirilib ki, ötən mövsümlər Yüksək Liqa adı ilə keçirilmiş yarış yeni mövsümdən etibarən Super Liqa adlanacaq.

Həmçinin liqanın 2026-2027-ci illər mövsümü üzrə əsasnaməsi klub nümayəndələrinə təqdim olunub.

Çıxış edən Ş.Kərimov bildirib ki, ötən mövsüm olduğu kimi, bu dəfə də Super Liqada 9 qadın ("Turan", "DH Volley", "Gəncə", "Milli Aviasiya Akademiyası", UNEC, "Azərmaş Abşeron", "Murov Az Terminal", "Azərreyl" və "Naxçıvan"), 6 kişi komandası ("Xilasedici", "ORDU", "Neftçi", "Murov Az Terminal", "Azərreyl" və "Gənclər") mübarizə aparacaq.

Qeyd edilib ki, yeni mövsümdə qadınların yarışında iki yenilik olacaq.

Ötən mövsüm "Abşeron" adı ilə çıxış etmiş komanda bu dəfə "Azərmaş Abşeron" adı ilə mübarizə aparacaq.

"Naxçıvan" klubu isə tarixində ilk dəfə Super Liqada iştirak edəcək.

Super Liqanın 2026-cı ilin oktyabr ayında start götürməsi və 2027-ci ilin aprelində başa çatması nəzərdə tutulur. Yarışın liqa və pley-off mərhələlərindən ibarət olacağı diqqətə çatdırılıb.

Qadınların yarışında liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, 8 komanda pley-offa yüksələcək. Kişilərin yarışında isə oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda 1-4 pillələrdə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.

Şir-Aslan Kərimov çıxışında yeni mövsümdə mübarizə aparacaq bütün komandalara, həmçinin avrokuboklarda ölkəmizi təmsil edəcək klublara qarşıdakı yarışlarda uğurlar diləyib.

Tədbirdə yarışın keçirilmə qaydaları, yeni tələblər, qeydiyyat və digər təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Sentyabr 2026 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri