Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub.
Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın nəticələrinə əsasən Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar müəyyənləşib.
36 şahmatçının iştirak etdiyi kişilərin yarışında Ümid Aslanov 7 xal toplayaraq 1-ci dəstənin qalibi olub. Onunla yanaşı Rəvan Əliyev, Fərid Orucov, Kənan Qarayev, Şəmsi Qaraxanov, Rəvan Uğuzov, Kənan İsbatov, Paşam Əlizadə, Suat İbrahimli ilk doqquzluqda yer almaqla Azərbaycan çempionatında iştirak hüququ əldə edib. Namiq Quliyevin çempionatda iştirakdan imtina etməsi səbəbi ilə 10-cu yerə çıxan Allahverdi Həmidov də çempionata buraxılacaq.
18 iştirakçının qatıldığı qadınların mübarizəsində isə 8 xal toplayan Lalə Hüseynov birinci olub. Onunla yanaşı Zəhra Allahverdi Azərbaycan çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilib. Yekun nəticədə I dəstədə kişilər arasında ilk 10 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatında iştirakını rəsmiləşdirib.
Ölkə çempionatı 6-22 fevral tarixlərində təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















