Azərbaycan çempionatında hansı oyunu cəmisi 80 azarkeş izləyib?
Icma.az, Publika.az saytına istinadən bildirir.
Azərbyacan Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib.
Publika.az PFL-ə istinadən xəbər verir ki, bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu 10-cu turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə 11-ci turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
1. Turan Tovuz 39700 azarkeş (orta hesabla 4411)
2. Neftçi 21931 (2437)
3. Sumqayıt 21450 (2383)
4. Qarabağ 13820 (1536)
5. Sabah 12904 (1434)
6. Şamaxı 9800 (1089)
7. Kəpəz 9650 (1072)
8. Səbail 6500 (722)
9. Zirə 6400 (711)
10. Araz-Naxçıvan 2200 (244)
Cəmi 144355 (1604) (Qeyd: Bütün komandalar 9 ev oyunu keçirib)
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















