Azərbaycan çempionatında medal görüşləri başlayır
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.
Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.
Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.
Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək. Ölkə çempionatının bağlanış mərasimi isə bazar günü təşkil olunacaq.
Qeyd edək ki, Ayan Allahverdiyeva yarımfinalda Türkan Məmmədyarova ilə üz-üzə gəlmişdi. İlk yarımfinal görüşü isə qalmaqalla yadda qalmışdı. Belə ki, oyunun hakimi T.Məmmədyarovanı qalib elan etsə də, A.Allahverdiyeva nəticədən narazı qalıb apellyasiya şikayət vermişdi. Yarışın Appellyasiya Komitəsi həmin görüşün videoyazısını izlədikdən sonra heç-heçəni təmin etmişdi. İkinci görüşdə qalib gələn Allahverdiyeva isə finala vəsiqə qazandı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















