Azərbaycan çempionatında mövsümün tamaşaçı rekordu qeydə alınıb
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər 2:1 hesablı qələbə qazanıb. Bu, mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş "Sumqayıt" – "Neftçi" matçında (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.
Bu mövzuda digər xəbərlər:Azərbaycan çempionatında mövsümün rekordu...
02 Dekabr 2024 11:47
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı
06 Oktyabr 2025 15:39
Azərbaycan çempionatında mövsümün yeni rekordu
17 Fevral 2025 09:03
Azərbaycan çempionatında son 9 mövsümün rekordu vurulub
20 Mart 2025 09:42
Baxış sayı:56
Bu xəbər 03 Noyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















