Icma.az
close
up
RU
Azərbaycan çempionatının ən yaxşı assistentləri İdman və Biz

Azərbaycan çempionatının ən yaxşı assistentləri İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbolda qol vurmaq qədər buna şərait yaratmaq, yəni qol ötürmələri vermək də böyük əhəmiyyətə malikdir. Adətən statistikada əsasən qol ötürmələrinin də hesabatı aparılır. Ancaq bir sıra hallarda yaxşı ötürmələri zərbə mövqeyində olanlar qola çevirə bilmirlər. Bu zaman həmin ötürməni verənin də əməyi boşa çıxır.

İdman.biz Misli Premyer Liqasında qol ötürmələrinin, eyni zamanda bundan əlavə son zərbə mövqeyində olan futbolçunun fərqlənib-fərqlənməməsindən asılı olmayaraq, ümumi uğurlu son ötürmələrin də statistikasını nəzərdən keçirib.

Ənənəvi assistentlik, yəni qol ötürmələri üzrə cari ölkə çempionatının lideri Boyan Letiçdir (“Sabah”) - 6. Leandro Andrade (“Qarabağ”) 5, Davit Volkov (“Zirə”), Ramon (“Araz-Naxçıvan”) və Ayman Bouali (“Səbail”) 4 dəfə məhsuldar ötürmə ilə yadda qalıblar. Ümumiyyətlə, çempionatda 78 futbolçunun məhsuldar ötürməsi var.

Çempionatda 3 futbolçu həm bombardirlərin, həm də assistentlərin siyahısında ilk "onluq"da yer alıb. Bunlar Leandro Andrade (“Qarabağ”, 7+5), Davit Volkov (“Zirə”, 7+4) və Toral Bayramovdur (“Qarabağ”, 5+3). Ümumiyyətlə qol+ötürmə siyahısında Leandro Andrade (12, 7+5) ilə Davit Volkovu (11, 7+4), Coy Lens Mikels (“Sabah”, 10, 8+2) və Felipe Santos (“Araz-Naxçıvan”, 9, 8+1) izləyirlər. Toral Bayramov (8, 5+3) 5-ci pillədə qərarlaşıb.

Ümumilikdə, son zərbələrin nəticəsindən asılı olmayaraq, edilən uğurlu son ötürmələrin statistikasına keçək. Bu sahədə “Sabah”ın iki futbolçusu – Cessi Sekidika (26) və Boyan Letiç (23) öndədirlər. Bernardo Dias (“Araz-Naxçıvan”) 20, Abdullah Zubir və Yassin Benzia (hər ikisi - “Qarabağ”) 19, Ervin Koffi (“Neftçi”) 18 dəfə komanda yoldaşlarını zərbə mövqeyinə çıxarıblar.

Bu futbolçulardan Zubir daha az – cəmi 12 oyun keçirdiyindən, orta oyun göstəricisi “Qarabağ”ın bu fransalı legionerində daha yüksəkdir – 1,6. Bu baxımdan sonrakı yerləri Boyan Letiç (“Sabah”, 1,5), Cessi Sekidika (“Sabah”, 1,5), Emin Mahmudov (“Neftçi”, 1,4), Aleksey İsayev (“Qarabağ”, 1,3), Yassin Benzia (“Qarabağ”, 1,3) və Bernardo Dias (“Araz-Naxçıvan”, 1,2) tuturlar.

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri