Azərbaycan çempionatları tarixinin rekordu təkrarlandı
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının 17-ci turu 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Tsxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar meydana çıxıb. Düzdür, onlardan ikisi – İliç və Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.
Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.
Həmin vaxt Kaxaber Tsxadadze (“İnter”), Almir Hurtiç (“Muğan”), Toni Adams (“Qəbələ”), Qyoko Hacıyevski (“Simurq”), Naci Şensoy (“Turan”), Mirça Rednik (“Xəzər Lənkəran”), Aleksandr Starkov (“Bakı”) komandalara rəhbərlik ediblər.
Ümumiyyətlə, indiyədək yalnız 2008/09 və 2011/12 mövsümlərinin gedişində belə hal yaşanıb. 2008/09 mövsümündə I turu 7 legioner baş məşqçinin olduğu ilk oyunlar kimi tarixə düşüb. 2008-ci ilin yayında Qyoko Hacıyevski (“Bakı”), Valentin Xodukin (“İnter”), Anatoli Demyanenko (“Neftçi”), Roman Pokora (“Simurq”), Kaxaber Tsxadadze (“Standard”), Mustafa Yılmaz (“Turan”), Rasim Kara (“Xəzər Lənkəran”) iş başında olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















