Azərbaycan çempionu Vyanada eyni vaxtda 15 şahmatçı ilə oynadı FOTO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Qadınlar şahmatçılar arasında Azərbaycan çempionu, beynəlxalq usta Ülviyya Fətəliyeva Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığı ilə Vyana və Bratislavada iti zəka sahibləri üçün seans keçirib.
Bizim.Media xəbər verir ki, qadın qrossmeyster eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb.
Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.
Xatırladaq ki, Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Şahmatçı bu ilin mart ayında 8 ölkədən 10 iti zəka sahibinin qatıldığı "IV Women's Chess Championship" turnirində 9 turdan 6,5 xal toplayaraq 1-ci yeri tutub.



Bizim.Media
Baxış sayı:151
Bu xəbər 20 Aprel 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















