Icma.az
close
up
RU
Azərbaycan Cənubi .Koreyadan avtomobil idxalını azaldır

Azərbaycan Cənubi .Koreyadan avtomobil idxalını azaldır

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin ilk yarımilində Azərbaycanın Cənubi Koreyadan avtomobil idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həm miqdar, həm də dəyər baxımından azalıb. Belə ki, ümumi idxal 8 758 ədəd avtomobil təşkil edib və dəyəri 106,3 milyon dollar olub.

AzPost Banker.az-a istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə isə 12 203 ədəd avtomobil gətirilmişdi və onların ümumi dəyəri 137,1 milyon dollar idi.

Ən çox idxal edilən avtomobillər mühərrik həcmi 1500–3000 kub sm olan benzinli maşınlardır. Bu kateqoriyada idxal 2540 ədəd təşkil edib, dəyəri isə 20,1 milyon dollar olub. Halbuki, 2024-cü ilin ilk yarısında bu göstəricilər 3169 ədəd və 23,9 milyon dollar idi.

Dizel mühərrikli avtomobillərin idxalı da xeyli azalıb. 1500–2500 kub sm mühərrik həcminə malik dizel avtomobillərin sayı 4 191 ədəd, dəyəri isə 49,7 milyon dollar olub. Ötən ilin eyni dövründə isə bu göstəricilər 7343 ədəd və 86,9 milyon dollar təşkil edirdi.

Hibrid avtomobillərin idxalı isə artıb. Plaq-in olmayan hibridlər üzrə idxal 1367 ədəd olub və 31,9 milyon dollarlıq dəyərə çatıb. Bu, ötən ilin göstəricilərindən (811 ədəd və 20 milyon dollar) xeyli çoxdur. Lakin plaq-in hibridlərin idxalında azalma müşahidə olunub – 35 ədəd və 430 min dollar, ötən il isə 34 ədəd və 812 min dollar idi.

Elektrik avtomobillərinin idxalında da artım qeydə alınıb. 2025-ci ilin ilk yarısında 32 ədəd elektrik avtomobili gətirilib və dəyəri 536 min dollar olub. 2024-cü ilin eyni dövründə isə cəmi 9 ədəd idxal olunmuşdu, onların dəyəri 242 min dollar idi.

Banker.az-ın əldə etdiyi məlumata C.Koreya avtomobil markaları “Hyundai” və “KIA” ölkədə üçüncü ən çox sürülən avtomobillərdir. Keçən il “Hyundai”ın sayı 20 223 ədəd (ən çox) artımla 126 551 ədədə yüksəlib. “KIA” isə bir il ərzində 17 123 ədəd artımla 84 258 ədədə yüksəlib. Digər Koreya markası “Daewoo” markası isə 14 ədəd azalmaqla 10 778 ədədə düşüb.

Xatırladaq ki, Azərbaycan Koreya markalarını əsasən mənşə ölkəsi və ABŞ-dən idxal edir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Avqust 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri