Icma.az
close
up
RU
“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır”

“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına çalışır”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ölkə Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində bir daha açıq mətnlə bəyan etdi ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər, əldə olunan razılaşmalar Azərbaycan ilə Ermənistan arasında qarşıdurmanın və gərginliyin sonu, bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması deməkdir. Diqqətəlayiq haldır ki, Ağ Evdə paraflanmış sülh sazişinin mətni də Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə məhz Azərbaycanın baxışına əsaslanır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, rəsmi İrəvan ölkə rəhbərliyi tərəfindən imzalanmış sənədlərin icrasından imtina edərsə, bu, Ermənistan üçün çox pis nəticələrə gətirib çıxara biləcək tarixi səhv olar: “Azərbaycan 2020-ci ildə öz legitim hüququndan istifadə edərək apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoydu, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq hazırda qlobal miqyasda bütün dünyada tanınıb və qəbul edilib. Bu o deməkdir ki, istənilən halda Azərbaycan-Ermənistan münaqişəsi başa çatıb. Sülh sazişinin imzalanması isə faktiki olaraq bu vəziyyətin rəsmiləşdirilməsi və regionda yeni, quruculuq və inkişafı ehtiva edən dövrün başlanması üçün lazımdır. Məhz buna görə Azərbaycan müharibədən dərhal sonra Ermənistanla sülh prosesinə başlamağı təklif etdi və danışıqlar formatının təşəbbüskarı oldu. Məhz Azərbaycan sülh sazişinin layihəsini təqdim etdi. Dövlətimizin başçısının müsahibəsində qeyd olunduğu kimi, bir neçə il davam edən edən danışıqlar nəhayət, Vaşinqtonda ABŞ Prezidentinin və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu gün formal olaraq sülh sazişinin imzalanmamasının yeganə əsas səbəbi Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəanın mövcudluğudur. Sülh sazişinin paraflanması ilə Ermənistan həmin müddəaya dəyişiklik edəcəyinə dair öhdəlik götürmüş olub. Bu prosesi təkcə ABŞ deyil, bütün beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb dünyası da dəstəkləyib. Sülh sazişinin imzalanması həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Avrasiya məkanı ölkələri üçün tamamilə yeni imkanlar açır. Bundan sonra Ermənistanın geri addım atacağı əlbəttə ki, inandırıcı görünmür. Lakin bu baş verərsə, nəticələr Ermənistanın özü üçün çox pis ola bilər. İlk növbədə bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Eyni zamanda da, cənab Prezidentin dediyi kimi, razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir və rəsmi İrəvan bundan ancaq zərər görə bilər. Vaşinqtonda imzalanan sənəd isə Ermənistan üçün sülhə və sabit inkişafa yeganə zəmanətdir.” Pepperoni pizza

Kamaləddin Qafarov Suriya-İsrail münasibətləri ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanlarının artması təbii ki, beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır. Azərbaycanın Suriya ilə İsrail arasında normallaşmanın əldə olunması prosesində oynadığı rola dair “Əl-Ərəbiyyə” müxbirinin verdiyi suallar da bunu bir daha təsdiq edir. Məlumdur ki, bu iki ölkənin rəsmiləri arasında danışıqlar məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutdu. Hər zaman ölkəmizin sülhsevər mövqelərdən çıxış etdiyini vurğulayan cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz ətrafında sülhün olmasını istəyir. Dövlətimizin də məqsədi yalnız normallaşma prosesinə və İsrail ilə Suriya arasında proqnozlaşdırıla bilən vəziyyət yaratmağa kömək etməkdən ibarət idi. Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Azərbaycan uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Beləliklə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin şaxələndirilmiş istiqamətləri Azərbaycana qlobal hadisələrin mərkəzində olmaq və onların gedişini bəzi həlledici məqamlarda düzgün istiqamətləndirmək imkanları verir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri