Icma.az
close
up
RU
Azərbaycan Çexiya dialoqu əməkdaşlığı gücləndirir

Azərbaycan Çexiya dialoqu əməkdaşlığı gücləndirir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan ikitərəfli və çoxtərəfli müstəvidə tərəfdaşlarla qarşılıqlı faydalı, bərabərhüquqlu və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlərin qurulmasını və genişlənməsini öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu günlərdə dost ölkələrin liderlərinin Azərbaycana səfərləri, aparılan müzakirələr, imzalanan sənədlər, keçirilən biznes forumlar möhtərəm Prezidentimiz tərəfindən ötən illər ərzində yürüdülən uğurlu siyasətin nəticəsidir.

Azərbaycana olan inam və etibarın, əldə olunan tərəqqinin təzahürüdür ki, ölkəmiz ilə strateji tərəfdaşlıq əlaqələri quran dövlətlərin sayı ildən-ilə artır. Azərbaycan sözünə və öhdəliklərinə sadiq ölkə kimi beynəlxalq nüfuzunu daha da gücləndirir. Eyni zamanda qeyd etmək lazımdır ki, fəal siyasi dialoq əsasında formalaşan tərəfdaşlıqlar enerji, nəqliyyat, müdafiə sənayesi, ticarət, investisiya, humanitar mübadilə və mədəni əlaqələri əhatə edən çoxşaxəli əməkdaşlıq gündəliyi ilə müşayiət olunur.

Bu gün Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş kimi güclü mövqe formalaşdırıb. Bu baxımdan Çexiya ilə strateji tərəfdaşlığa əsaslanan münasibətləri xüsusi qeyd etmək lazımdır. Fəal siyasi təmaslar əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və konkret layihələrin reallaşdırılması üçün əlverişli zəmin yaradıb. Qəbələdə Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri arasında keçirilən görüşlərdə də birgə layihələrin reallaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində oldu.

Bu gün dünyanın 16 ölkəsinə qaz ixrac edən Azərbaycanın Çexiyaya qaz tədarükü imkanları da nəzərdən keçirildi. Qeyd edək ki, ötən illər ərzində enerji sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb, eləcə də Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.

Azərbaycan bu gün müdafiə sənayesinin inkişafına böyük önəm verir. Çexiya da bu sahədə böyük təcrübəyə malikdir. Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlıq bu günün reallıqları fonunda xüsusilə aktualdır. Bu baxımdan Azərbaycan və Çexiya liderlərinin birgə görüşündə istehsal və texnoloji əməkdaşlıq imkanlarının müzakirəsi göstərir ki, bu istiqamət yalnız mövcud əməkdaşlığın davamı deyil, eyni zamanda gələcək üçün böyük inkişaf potensialına malik strateji sahədir.

Ümumilikdə, Azərbaycan-Çexiya əməkdaşlığının fəal siyasi dialoq əsasında genişləndirilməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin və Baş nazir Andrey Babişin iştirakı ilə keçirilən biznes forum da əməkdaşlığın müəyyənləşdirilən istiqamətlər üzrə dərinləşməsinə xidmət edəcək.
Şahin Quliyev,
Gənclər və idman komitəsinin sədri 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri