Icma.az
close
up
RU
Azərbaycan Çin əlaqələri regionda sabitlik və inkişaf üçün strateji modelə çevrilib

Azərbaycan Çin əlaqələri regionda sabitlik və inkişaf üçün strateji modelə çevrilib

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına verdiyi müsahibələr milli maraqlarımızın müdafiəsi, ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi və regional təşəbbüslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu müsahibələr vasitəsilə Azərbaycan öz prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə birbaşa və əsaslandırılmış şəkildə çatdırır. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatlar Azərbaycanın haqlı mövqeyinin işıqlandırılmasına töhfə verir, yalan və təhrif olunmuş informasiyaların qarşısını alır.

Dövlət başçımızın çıxışları həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət edir. Strateji əməkdaşlıq, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əlaqələrin inkişafı kimi mövzular tərəfdaş dövlətlərlə münasibətləri möhkəmləndirir. Prezident İlham Əliyev çıxışlarında Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi mühüm layihələrin əhəmiyyətini xüsusi vurğulayır.
Prezidentin Çin Xalq Respublikasının nüfuzlu Sinxua informasiya agentliyinə verdiyi məxsusi müsahibə Azərbaycan-Çin strateji tərəfdaşlığının miqyasını və perspektivlərini aydın şəkildə ortaya qoyur. 1992-ci ildən bəri inkişaf edən diplomatik əlaqələr son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Prezidentinin Çin lideri Si Cinpinlə keçirdiyi görüşlər və tərəflər arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
İkitərəfli münasibətlər qarşılıqlı hörmət, suverenliyin tanınması, daxili işlərə qarışmama və bərabərlik prinsiplərinə əsaslanır. Bu əməkdaşlıq siyasi sahədən əlavə, iqtisadiyyat, nəqliyyat, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və humanitar əlaqələri də əhatə edir. Ticarət dövriyyəsinin artırılması, Çin şirkətlərinin yerli bazarda fəallaşması və Azərbaycanın qeyri-neft məhsullarının Çin bazarına çıxarılması prioritet istiqamətlərdəndir.
Azərbaycanın beynəlxalq nəqliyyat qovşağında yerləşməsi onun strateji əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası bu sahədə güclü mövqeyi təsdiqləyir. Çin üçün bu layihələr “Kəmər və yol” təşəbbüsünün Qafqaz və Avropa istiqamətində reallaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri olub.
Azərbaycan və Çin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir, beynəlxalq hüquqa əsaslanan ədalətli münasibətlərin tərəfdarıdırlar. Humanitar və mədəni sahədə əməkdaşlıq da genişlənir, Azərbaycanda Çin dili, Çində isə Azərbaycan dili və mədəniyyəti üzrə tədris mərkəzləri fəaliyyət göstərir. Təhsil, tələbə mübadiləsi və turizm sahəsindəki layihələr bu dostluğu daha da gücləndirir.
İki ölkənin əməkdaşlığı bütöv bir regionun sabitliyi və inkişafı üçün strateji modelə çevrilməkdədir. Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya diplomatiyasının uğurlu nümunəsi olmaqla yanaşı, gələcək strateji tərəfdaşlıqların formalaşmasına zəmin yaradır.

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri