Azərbaycan Çində keçirilən Dünya Külək Enerjisi Konfransında təmsil olunur
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Çin Xalq Respublikasının Şantou şəhərində keçirilən 22-ci Dünya Külək Enerjisi Konfransında təmsil olunur.
525.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, konfransda ölkəmizdən agentliyin direktor müavini Rəna Hümbətova və Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva iştirak edirlər.
Məlumata görə, konfrans çərçivəsində Qlobal Külək Enerjisi Bazarının İnkişafı və Trendləri, Böyük Ölçülü Külək Turbin Texnologiyaları və Külək Resursları Texnologiyaları mövzusunda forumlar təşkil olunur. Konfransın sonrakı günlərində Külək Enerjisində Süni İntellekt Tətbiqləri və İpək Yolunda Külək Enerjisi Əməkdaşlığı mövzularında forumlar, o cümlədən Qlobal Külək Enerjisi Sektorunun Tarixçəsinin Arxivləşdirilməsi üzrə Beynəlxalq Əməkdaşlıq İşçi Seminarının keçirilməsi planlaşdırılır.
Bundan əlavə, Çin şirkətləri və Çin Külək Enerjisi Assosiasiyasının nümayəndələri ilə görüşlərin keçirilməsi, külək enerjisi üzrə yeni texnologiyaların və idarəetmə təcrübələrinin öyrənilməsi məqsədilə "4 in 1" Dəniz Külək Enerjisi Avadanlıqları İstehsal Sənaye Parkına səfərin təşkil edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 03 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















