Icma.az
close
up
RU
Azərbaycan Çinlə investisiya əməkdaşlığını gücləndirir

Azərbaycan Çinlə investisiya əməkdaşlığını gücləndirir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinlə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə 6–11 sentyabrda bu ölkəyə işgüzar səfər edib.

525.az Fonda istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra beynəlxalq maliyyə qurumları, investisiya şirkətləri və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, iri regional tədbirlərdə iştirak edib.

Səfərin əsas hissəsi Syamen şəhərində keçirilən Çinin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT") çərçivəsində baş tutub. ARDNF nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər. Bundan əlavə, "CIC"-nin sədri və icraçı direktoru Qingsong Zhang, həmçinin "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşlər keçirilib. Daha sonra ARDNF-in İcraçı direktoru Çinin vitse-prezidenti Han Zhengin sədrlik etdiyi dəyirmi masada iştirak edib. Tədbirdə Çinin mərkəzi və regional dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, eləcə də dünyanın aparıcı korporasiyalarının rəhbərləri, enerji, maliyyə, sənaye, texnologiya, səhiyyə və istehlak sektorlarını təmsil edən qlobal şirkətlərin nümayəndələri iştirak edib.

Bundan əlavə, İ.Məmmədov "Çinin Xaricə İnvestisiyası" adlanan sessiyada Çin-ASEAN Birgə İnvestisiya Şurasına ("CAJIC") həsr olunan panel müzakirədə çıxış edib. Regionun aparıcı suveren investorlarının iştirak etdiyi müzakirədə birgə fəaliyyət nəticəsində regiona daha çox investisiya cəlb edilməsi və Çin ilə "ASEAN" arasında kapital mübadiləsinin gücləndirilməsi imkanları müzakirə olunub. Çıxışında İcraçı direktor Çin və "ASEAN" bazarlarının artıq ayrı-ayrı deyil, vahid iqtisadi ekosistem kimi qiymətləndirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ARDNF üçün region ilə əməkdaşlıq təkcə kapital yönləndirmək deyil, həm də etibarlı tərəfdaşlıqlar qurmaq və bazar barədə dərin təcrübə əldə etmək deməkdir. O, həm də Fondun bu formatda iştirakının Azərbaycanın Asiya bazarları ilə maliyyə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Səfər zamanı ARDNF nümayəndə heyəti, həmçinin dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan "Brookfield Asset Management" ilə əlaqələrini genişləndirib. Heyət Honq-Konqda "Brookfield Asset Management"in təşkil etdiyi forumda iştirak edib. Forumda qlobal kapital bazarlarının cari vəziyyəti, o cümlədən kredit, infrastruktur, enerji, daşınmaz əmlak və özəl kapital sahələri üzrə investisiya perspektivləri müzakirə olunub, aparıcı beynəlxalq institusional investorların bu istiqamətlərdə formalaşan tendensiyalara dair yanaşmaları təqdim edilib.

Səfər çərçivəsində əldə olunan nəticələr ARDNF-in Asiya regionunda formalaşan investisiya əlaqələrinin davamlı genişləndirildiyini göstərir. "CIC" ilə aparılan görüşlər Fondun bu bazarda formalaşmış institusional əlaqələrini daha da dərinləşdirməsinə, "CAJIC"-in təsisçi üzvlərin biri olması isə ARDNF-nin regionun aparıcı suveren fondları şəbəkəsində mühüm mövqe qazanmasına töhfə verir. Eyni zamanda, "Brookfield Asset Management" kimi qlobal institusional investorlarla əməkdaşlığın genişləndirilməsi ARDNF-yə regional bazarlar barədə birbaşa bilik, etibarlı tərəfdaşlar və yeni investisiya imkanlarına çıxış təmin edir.

Səfər Azərbaycan üçün daha geniş strateji məna daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. ARDNF-nin Asiyanın aparıcı investisiya institutları ilə əməkdaşlığının genişlənməsi isə bu fiziki əlaqəni maliyyə əlaqəsi ilə tamamlayır, Azərbaycan Asiya ilə həm coğrafi, həm də iqtisadi baxımdan daha sıx bağlanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri