Azərbaycan COP29 iştirakçıları üçün pulsuz xüsusi vizanı tətbiq edib
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi (onlinereg.unfccc.int/onlinereg) vasitəsilə COP29-a qeydiyyatdan keçən iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”nı tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatının təsdiqi barədə məktubda verilmiş viza keçidi, ya da Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edilə bilər. İştirakçı “COP29 Xüsusi Viza” üçün Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluqlarına müraciət etmək qərarına gələrsə, UNFCCC qeydiyyatını təsdiq edən e-poçt səyahət üçün əsas təsdiqedici sənəd kimi nəzərə alınacaq.
Qeyd olunub ki, “COP29 Xüsusi Viza” sahibinə birdəfəlik səfər etmək və Azərbaycan Respublikası ərazisində 30 günə qədər qalmaq imkanı verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















