Icma.az
close
up
RU
Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi

Azərbaycan COP29 konfransını qlobal ortaq yanaşma platformasına çevirə bildi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə doktoru

Planetimizin flora və faunasının, insanların sağlamlığının qorunması hazırda bəşəriyyət qarşısında dayanan ən ciddi problemlərdən biridir. İqlim dəyişmələri, qlobal istiləşməyə qarşı mübarizə ilə bağlı dövlət başçılarının və dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə müzakirələr meydanı olan və öz işini uğurla başa çatdıran COP29 konfransı bu mənada, ümumbəşəri mahiyyət və məzmun kəsb edən beynəlxalq anlaşma platformasıdır. Azərbaycanın ev sahibliyi etdiyi bu nüfuzlu tədbir iqlim dəyişmələri ilə mübarizədə qlobal həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədi daşımaqla yanaşı, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun və siyasi çəkisinin göstəricisidir.

Qlobal iqlim dəyişmələri probleminə qarşı effektiv mübarizənin təşkili XXI əsrin ən mühüm çağırışlarından biri kimi aktuallıq daşıyır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizdə keçirilən COP29 konfransı bir daha göstərdi ki, dövlətimiz tərəfindən ümumbəşəri əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində irəli sürülən təşəbbüslər beynəlxalq miqyasda yekdilliklə qəbul edilir.

Planetimizdə səhralaşmanın, quraqlığın qarşısının alınması, su ehtiyatlarından düzgün və səmərəli istifadə, iqtisadi fəaliyyət nəticəsində atmosferə atılan qaz emissiyalarının və karbon tullantılarının həcminin azaldılması, müxtəlif ölkələrdə fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin sayının minimuma endirilməsi və nəhayət, “yaşıl” texnologiyalara üstünlük verməyin vacibliyi müasir dövrümüzün ən zəruri tələbləridir. Bütün bunlar ölkəmizdə uğurla başa çatmış COP29-un və Azərbaycan tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasının əsas gündəliyini təşkil edirdi.

Azərbaycanda ilk dəfə keçirilən COP29 konfransı bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsində yeniliklərin təqdim edilməsinə, günəş və külək enerjisi, yaşıl hidrogen və digər enerji mənbələrinin istehsalı və nəqli ilə bağlı fikir mübadiləsinə, bir sözlə, qlobal “yaşıl” enerji həmrəyliyinin inkişafına yeni fürsətlər açdı. Qlobal təhdidlərə qarşı mübarizədə səmərəli və inklüziv yanaşmaları ilə həll yolları müəyyənləşdirən Azərbaycan bu dəfə də mühüm təşəbbüslərlə çıxış etdi və konfransa ev sahibliyi edən dövlət kimi dünya birliyini COP29-dan anlaşma, sülh və barış platforması kimi istifadə olunmasına çağırdı.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz Avropa Birliyinin 10 ölkəsinin etibarlı enerji təminatçısıdır. Azərbaycan COP29 platforması çərçivəsində göstərdi ki, alternativ enerji ilə bağlı layihələr, o cümlədən “yaşıl” enerjinin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə bir sıra mühüm vəzifələr müəyyənləşdirilib və biomüxtəlifliyin mühafizəsi, su və digər təbii ehtiyatların davamlı və səmərəli idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

COP29 konfransında iştirak etmək üçün 196 ölkədən ölkəmizə gəlmiş 76 min iştirakçının arasında 80 prezident, vitse-prezident və baş nazirlər vardı. Bu da ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun və qlobal miqyaslı etimadın göstəricisidir. COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə verdiyi önəmin, daha geniş anlamda isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsi üçün qlobal məqsədlərin gerçəkləşdirilməsinə verdiyi töhfənin göstəricisidir.

Sammitin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı iqlim dəyişmələri ilə bağlı məsələlərin həllinə Azərbaycanın yanaşmasını və qlobal səviyyədəki töhfəsini əks etdirən mühüm məqamlarla yadda qaldı. COP29 Liderlər Sammiti ilə ölkəmiz beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim etdi. Bakıda COP29-un yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də olduqca yüksək qiymətləndirildi. Dövlət başçıları, yüksək səviyyəli rəsmi nümayəndələr konfrans çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrində Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını qeyd edərək COP29 danışıqlarının uğurla nəticələndiyini təsdiq etdilər.

Aydındır ki, iqlim dəyişmələrinin fəsadları bütün dünya üçün ciddi narahatlıq yaradır. Lakin bundan ən çox təsirlənən ölkələr ilk növbədə inkişaf etməmiş və ya inkişafda olan kiçik ada dövlətləridir. Qlobal iqlim dəyişmləri bu ölkələr üçün ekzistensial təhlükə yaradır. Məhz Bakının təşəbbüsü ilə iqlim dəyişmələrinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlər Tərəflər Konfransının 29-cu sessiyasının əsas mövzularından birinə çevrildi. Azərbaycan dövləti bəyan etdi ki, bu problemin həlli qlobal səylər və qlobal həmrəylik tələb edir. Prezident İlham Əliyev COP29 çərçivəsində noyabrın 13-də keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı “Mən inkişaf etmiş ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə kiçik ada ölkələrinə yardım etmələri üçün müraciət edirəm”, – deməklə həm də kiçik ada dövlətlərinin taleyi üçün olduqca əhəmiyyətli bir ənənənin əsasını qoydu. Qlobal iqlim konfransında ilk dəfə kiçik ada dövlətlərinin problemləri beynəlxalq arenada Azərbaycan Prezidenti tərəfindən səsləndirildi və dünya birliyinin diqqəti bu problemlərin həllinə çəkildi.

Qlobal səviyyədə bərabərhüquqlu əməkdaşlığa və beynəlxalq ədalətə üstünlük verən Azərbaycan dövləti kiçik ada dövlətlərinə həmişə yardım və dəstək verib. Təbii fəlakətlər zamanı humanitar yardımların göstərilməsi, həmin ölkələrdə həyata keçirilən mədəni irsin bərpası layihələri və zəif inkişaf etmiş ölkələrin vətəndaşlarına ali təhsil üçün təqdim edilən təqaüd proqramları bu istiqamətdə atılmış mühüm addımlardır. Xüsusilə dövlətimizin Qoşulmama Hərəkatına sədrliyi müddətində 20 kiçik ada dövləti də daxil olmaqla çoxsaylı ölkələrə humanitar və maliyyə yardımları təqdim etməsi bu istiqamətdə Azərbaycanın atdığı xoşməramlı addımlardır.

Tərəflər Konfransının 29-cu sessiyasında da ilk dəfə olaraq iqlim dəyişmələrinin Fransa və Niderlandın keçmiş müstəmləkə ərazilərində daha çox hiss olunduğu barədə açıq bəyanatlar səsləndirildi. Xüsusilə Karib dənizi və Sakit okean hövzəsində ekosistemin pozulmasının ciddi narahatlıq doğurduğu bəyan edildi. Fransa Polineziyasında və Yeni Kaledoniyada nüvə sınaqları nəticəsində ətraf mühitə və yerli icmaların sağlamlığına vurulmuş ciddi zərərlərdən danışıldı. O da vurğulandı ki, Fransa rejiminin bu ərazilərdəki repressiv siyasəti Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində insan hüquqlarının pozulması halları ilə müşayiət olunur. Təəssüf ki, bu hadisələr Avropa Parlamenti, Avropa Komissiyası tərəfindən gözardı edilir və özlərini müstəsna olaraq dünyanın sivil hissəsi hesab edən inkişaf etmiş ölkələr tərəfindən həyəcan təbili çalınmır. Əksinə, onlar həmişə bu barədə susmağa üstünlük veriblər. Bu, Avropa diplomatiyasının ikili standartlarını, həm də beynəlxalq səviyyədə ədalət anlayışına birmənalı yanaşmanın mövcud olmadığını göstərir.

Əlbəttə, COP29 çərçivəsində müzakirə edilən məsələlər heç də bütün dövlətlərin asanlıqla həmrəy olacağı sadə məsələlər deyildi. Xüsusilə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr vaxtilə özləri üçün yaratdığı imtiyazlardan sui-istifadə edərək planetin və atmosferin çirklənməsində daha çox iştirak ediblər. Bu gün də həmin ölkələrdə fəaliyyət göstərən nəhəng miqyaslı trans-milli sənaye obyektləri ətraf mühitin çirkləndirilməsində aparıcı rol oynayırlar. Buna baxmayaraq, konfransa sədrlik edən Azərbaycan müzakirələri ortaq məxrəcə gətirərək müsbət nəticə ilə sonuclandırmağı bacardı. Konfransa rəhbərlik edən dövlətin başçısı kimi Azərbaycan liderinin siyasi peşəkarlığı və mahir diplomatiyası burada da öz sözünü dedi və bir çox məsələlər üzrə vahid yanaşma platformasının formalaşdırılması mümkün oldu. Prezident İlham Əliyevin COP29-a ev sahibliyi etməklə bağlı təşəbbüsünün uğurlu nəticələri ölkəmizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə qazanılmış böyük etimadı bir daha doğrultdu.

Bakıda keçirilmiş COP29 konfransı dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi. Məsələn, Moldova Respublikasının “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər nüfuzlu iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər” sərlövhəli məqalədə belə bir nüfuzlu beynəlxalq konfransın Bakıda təşkili təqdir edilir, müzakirə olunan strateji mövzular geniş təhlil olunur və bildirilir ki, konfransda iştirak edən dövlət başçıları, bütövlükdə, konfransın gedişatını və hər sessiyanın əsas doktrinasını alqışlayıblar.

Bütün bunlar onu deməyə əsas verir ki, COP29 ərəfəsində Fransanın “moderatorluğu” ilə Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları iflasa uğradı və nəticəsiz qaldı. Son günlərdə dünya mediasının gündəmində əsas müzakirə mövzusu olan COP29 konfransı ictimaiyyətə həm də onu göstərmiş oldu ki, ölkəmiz qlobal problemlərdən olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə geniş miqyasda öz töhfələrini verə bilmək iqtidarındadır.


 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see172

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri