Icma.az
close
up
RU
Azərbaycan COP29a uğurla ev sahibliyi edir

Azərbaycan COP29a uğurla ev sahibliyi edir

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 uğurla davam edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik.
Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq.
Əminəm ki, bu mötəbər tədbiri uğurla, ən yüksək səviyyədə keçirməklə Azərbaycan 21-ci əsrin mütərəqqi dövləti adını qazanacaq. Azərbaycan konstitusion olaraq müəyyən edilmiş ərazi bütövlüyü və suverenliyini bərpa etməsi dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilmiş və məntiqi olaraq bu il Azərbaycan artıq Cənubi Qafqazın təhlükəsizliyi ilə yanaşı, regionun bütün ətraf mühitinin qorunması istiqamətində mühüm addımlar atır. Bu, dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın qlobal arenada gördüyü işlərə verilən düzgün qiymətdir.
COP29-un Azərbaycanda keçirilməsi qərarı ordumuzun keçirdiyi antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Noyabrın 11-22-də Bakıda təşkil edilən COP29-a qatılan dünya liderləri və qonaqlar Azərbaycanın bu mötəbər tədbirə hazırlığını yüksək qiymətləndirir. Konfrans çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi və peşəkarlığı təqdir edilir. Həmçinin, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidlər ifadə olunur.
Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycandır.
Ölkə başçısı Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkə qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik.
Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da da öz sözünü deməyi bacarır. COP qlobal iqlim siyasətində böyük əhəmiyyət daşıyan və dünyanın ən nüfuzlu dövlətlərini bir araya gətirən tədbirdir. Belə ki, dünyanın 196 ölkəsindən gələn qonaqlar COP29-da iştirak edir. Qonaqlar ölkəmizin zəngin tarixi, mədəniyyəti və mətbəxi barədə də dərin biliklərə sahib olur.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin apardığı xarici siyasətinin ən böyük uğurlarındandır.
Üzeyir Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri