Icma.az
close
up
RU
“Azərbaycan COP29a yüksək səviyyədə ev sahibliyi edir“

“Azərbaycan COP29a yüksək səviyyədə ev sahibliyi edir“

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Hazırda dünyanın nəzərləri yenidən Azərbaycana dikilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub. Qeyd etməliyik ki, bu, BMT-in ən böyük tədbirlərindən biridir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

Deputat vurğulayıb ki, bir neçə gün ərzində paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılacaq və önəmli qərarlar qəbul olunacaq. Ağalar Vəliyev belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsini ölkəmizin və onun Liderinin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. “Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində qazanıb. Təxminən 200 ölkənin yekdil qərarı ilə respublikamıza COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”, - deyə millət vəkili qeyd edib.

Deputatının sözlərinə görə, tədbirə hazırlaşmaq üçün ölkəmizin bir ildən də az vaxtı var idi. Ancaq indiyədək mühüm beynəlxallq tədbirlərin təşkilində yaxşı təcrübə qazanmış Azərbaycan qısa müddət ərzində məsuliyyətli hazırlıq həyata keçirib və hazırda da COP29-a yüksək səviyyədə ev sahibliyi edir.

A.Vəliyev bildirib ki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Milli Məclisin deputatının sözlərinə görə, hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələlələri həllini tapmalıdır.

Azərbaycanın enerji transformasiyasına çox həssas yanaşdığına diqqət çəkən deputat vurğulayıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. “Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Haxçıvan bərpa olunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz eneri alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır. Bu, yalnız başlanğıcdır”, - deyə Ağalar Vəliyev diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Noyabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri