Icma.az
close
up
RU
Azərbaycan COP29un sədri kimi kiçik ada dövlətlərini dəstəkləməkdə davam edəcəkdir DEPUTAT

Azərbaycan COP29un sədri kimi kiçik ada dövlətlərini dəstəkləməkdə davam edəcəkdir DEPUTAT

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

"Azərbaycan COP29-un sədri kimi kiçik ada dövlətlərini dəstəkləməkdə davam edəcəkdir" - DEPUTAT

"İnkişaf etmiş bütün ölkələr, xüsusilə də əvvəllər müstəmləkə həyatı yaşamış olan bir sıra ölkələr kiçik ada dövlətlərinə həm maddi, həm də texniki dəstək göstərməlidir. Belə ki, bu kiçik dövlətlərə dəstək lazımdır ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından müdafiə və mühafizə edə bilsinlər. Məlum olduğu kimi, iqlim dəyişmələri bütün ölkələrə, o cümlədən Azərbaycana öz təsiririni göstərir. Bu təsir ölkəmizdə xüsusilə Xəzər dənizinin geri çəkilməsində, çaylarımızda suların azalmasında və başqa bir çox təbii hadisələrdə özünü göstərir. Təəssüflər olsun ki, əvvəllər heç zaman görünməyən daşqınlar və kəskin yağışlar bu gün mövcuddur. Dünyanın hər bir ölkəsi bu təsirlərə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir".

Bunu Sonxeber.az-a deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dəfələrlə təbii fəlakətlər qarşısında zəif qalan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardımlar göstərmişdir:

"Ölkəmiz həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə də öz dəstəyini əsirgəmir. Ondan artıq kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb. Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə dövlətimiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir.

Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri cari ilin may ayında COP-la bağlı planlarını müzakirə etmək üçün Azərbaycana səfər etmişdir. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi nailiyyətlər əldə edilmişdir. Hazırda ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün proses tamamlanmalıdır. Həmçinin, bu ilin yayında Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalamışdır. Eyni zamanda, ölkəmiz Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi məqsədilə "Azərkosmos"un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Bundan başqa, Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır".

Deputat vurğulayıb ki, Fransa bəzi kiçik ada dövlətlərində torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır:

"Radiasiya səviyyəsi 4900 faizi keçib. Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını da nəzərə alsaq, həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görməmək mümkün deyil. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısına həmçinin rejim tərəfindən bu yaxınlarda insan hüquqlarının pozulmalarının da əlavə edilməsi də yerinə düşər. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların bu ilki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır, 1700 insan isə həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilməmişdir. Siyasi riyakarlıq və siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə hər zaman dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dost ölkələri dəstəkləməkdə davam edəcəkdir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Noyabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see368

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see188

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see108

WhatsApp da dəyişiklik Telefon nömrəsinə ehtiyac olmayacaq

04 İyun 2025 14:58see108

Bakıda 320 manata satılan ətirli şamlar: Lüks, yoxsa sağlamlığa təhlükə?

04 İyun 2025 00:14see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri