Azərbaycan cüdo millisi Avropa çempionatında üçüncü yeri tutub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan cüdo millisinin Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər gənclər arasında Avropa çempionatında mövqeyi bəlli olub.
AZƏRTAC xəbər verir ki, çempionatın fərdi yarışlarında 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat əldə edən yığma medal əyarına görə ümumi hesabda və qadınlar arasında 3-cü, kişilər arasında isə 4-cü yeri tutub.
İki gün davam edən yarışlarda Fidan Əlizadə (57 kiloqram) və Hüseyn Allahyarov (60 kiloqram) qızıl, Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) və Ömər Rəcəbli isə (81 kiloqram) bürünc medal qazanıb. Kənan Nəsibov (100 kiloqram) isə beşinci olub.
Yarışda Azərbaycan 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunub.
Qeyd edək ki, cüdoçularımız noyabrın 17-də çempionatın komanda yarışlarında iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Noyabr 2024 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















