Azərbaycan cüdoçuları Bolqarıstanda keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Icma.az, Apasport portalına istinadən məlumat verir.
27–31 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Qeyd edək ki, dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
-44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva
-48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova
-52 kq
Aysun Məmmədova
-57 kq
Səmayə Yusifli
-70 kq
Məsumə Məmmədli
Oğlanlar
-50 kq
Anar Quliyev
Rza Xəlilli
-55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev
-60 kq
Zeyd Ələsgərov
Röyal Qayıbov
-73 kq
Məhəmməd Ağakişiyev
+90 kq
Sübhan Axundov
Qarışıq komanda yarışı
-81 kq
Amin Mehdiyev
Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb Bakıda cüdo üzrə “Kata for All” festivalı keçiriləcək İki cüdoçumuz Avropa Kubokunda çempion olub Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıblar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















