Icma.az
close
up
RU
Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm

Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Fəxri kürsüyə qalxdığım üçün sevincliyəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın paytaxtı Varşavada keçirilən böyüklər arasında Avropa Açıq Turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Camal Feyziyev deyib.

+100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarışa qızıl medal hədəfi ilə yollandığını bildirib: “Belçikanın Vise şəhərində təşkil olunan Beynəlxalq Açıq Turnirdə çempion olmuşdum. Lakin hazırda Ramazan ayıdır və əksər idmançılar oruc tutur. Bu səbəbdən gündə yalnız bir dəfə məşq edirik. Baş məşqçimizin məsləhətinə uyğun olaraq belə qərar qəbul olunub. Bütün çətinliklərə baxmayaraq hazırlığımızı davam etdiririk. Təbii ki, bu amillər yarış şəraitində müəyyən təsir göstərir və özüm də daxil olmaqla, bəzi idmançılar üçün əlavə çətinlik yaradır”.

C.Feyziyev qazandığı gümüş medalı yüksək qiymətləndirdiyini söyləyib: “Bu nəticəni qızıl medal kimi dəyərləndirirəm. Finalda yerli idmançı Qjeqoj Teresinski ilə qarşılaşdım. Görüş zamanı hakimlər tərəfindən iki vazari xalı verildi. Lakin qaydalara əsasən bu, yuko səviyyəsində epizodlar idi. Məşqçilərimiz də çıxışımı izləyirdilər və onların fikrincə, qərarlar ədalətli olmadı. Cüdoda etiraz imkanları məhduddur. Məşqçilərimizdən biri mövqeyini bildirmək istəsə də, hakimlər yekun qərarın dəyişməz olduğunu dedilər”.

Cüdoçu turnirdəki çıxışını da dəyərləndirib: “Heç bir görüşdə ciddi çətinliyim olmadı. Bununla belə, müəyyən səhvlərim oldu və onların üzərində işləməliyəm. İki il əvvəl bu yarışda ilk görüşdə almaniyalı rəqibimə məğlub olmuşdum. Bu dəfə isə onu məğlub edərək revanş aldım”.

O, ağır çəki dərəcəsində zədə riskinin yüksək olduğunu söyləyib: “Bu, cüdonun xüsusiyyətidir. Zədələr qaçılmazdır, ona görə də ağıllı şəkildə güləşmək vacibdir. Şükürlər olsun ki, indiyədək ciddi zədələrlə üzləşməmişəm”.

Qeyd edək ki, Azərbaycan millisi iki gün davam edən turniri 3 medalla başa vurub. Camal Feyziyevdən başqa, Tofiq Məmmədov (66 kiloqram) və Elmar Qasımov (100 kiloqram) bürünc mükafata sahib çıxıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri