Icma.az
close
up
RU
“Azərbaycan da əlini bu Qəzza daşının altına qoyacaq...” Elxan Şahinoğlu

“Azərbaycan da əlini bu Qəzza daşının altına qoyacaq...” Elxan Şahinoğlu

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Ukraynanın müharibə zamanı dağıdılmış İrpen kimi şəhərlərində olduğu kimi, yəqin ki, Azərbaycan Qəzzada da məktəblər və xəstəxanalar tikəcək...”

“Yaxın Şərqdə sülhün davamlı olması, əlbəttə, bir çoxlarının arzusudur. Misirdə əldə olunan 20 maddəlik atəşkəs sazişi çox önəmlidir. Əsas odur ki, artıq iki illik qırğınlardan sonra atəşkəs əldə olunub. Hazırda əsirlərin dəyişdirilməsi də müsbət haldır.  İndi quruculuq işlərinə başlamaq lazımdır. Bu da çox vaxt alacaq. Bunun üçün əsasən maliyyə donorları tapılmalıdır, çünki infrastrukturun bərpası üçün böyük maliyyə vəsaiti tələb olunur. Nəhəng tikinti işləri görülməlidir. Lakin bütün hallarda atəşkəsin əldə olunması və əsir dəyişdirilməsi müsbət nəticələrdir”.

Bunu Moderator.az-a açıqlamasında Misirdə Qəzzada sülh bağlı son beynəlxalq sammitdə imzalanmış Sülh sazişinin davamlılığı haqda danışan politoloq Elxan Şahinoğlu söyləyib.

Politoloq vurğulayıb ki, Yaxın Şərqdə başlana slüh prosesinə Azərbaycan da öz xüsusi töhfəsini verəcək.

“Azərbaycan da əlini bu Qəzza daşının altına qoyacaq. Prezident İlham Əliyevin Şarm əş-Şeyxdəki  tədbirə dəvət olunması təsadüfi deyildi və bu, Azərbaycanın Yaxın Şərqdə artan rolundan xəbər verir. Və böyük ehtimalla ölkəmiz də Qəzzaya humanitar yardım göndərəcək. Həmçinin Əgər Qəzzada beynəlxalq sülhməramlı kontingent yaradılarsa, çox güman ki, Kosovo, İraq və Əfqanıstanda olduğu kimi, Azərbaycan hərbçiləri orada da iştirak edəcək. Bu da Azərbaycanın beynəlxalq missiyalarla bağlı təcrübəsini göstərir.

Üstəlik, Ukraynanın müharibə zamanı dağıdılmış İrpen kimi şəhərlərində olduğu kimi, yəqin ki, Azərbaycan Qəzzada da məktəblər və xəstəxanalar tikəcək. Bu layihələrdə Azərbaycanın iştirakı ölkəmizin humanitar missiyasını daha da genişləndirə bilər”, -deyə Elxan Şahinoğlu nəzərə çatdırıb.

S. Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri