Icma.az
close
up
RU
Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur

Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan daha bir beynəlxalq konvensasiyaya qoşulur.

Oxu.Az-ın məlumatına görə bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq prosedura haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə" qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd olunub ki, Konvensiya dövlətlər arasında təhlükəli kimyəvi maddələrin və pestisidlərin idxalı və ixracı ilə bağlı məlumat mübadiləsini təmin etmək, onların istifadəsi nəticəsində yarana biləcək risklərin azaldılmasına nail olmaq və insan sağlamlığı ilə ətraf mühitin qorunmasını gücləndirmək məqsədini daşıyır. Konvensiya qabaqcadan əsaslandırılmış razılıq mexanizminin tətbiqi yolu ilə dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir, beynəlxalq ticarətdə şəffaflıq yaradır və tərəflərə öz milli qanunvericiliklərinə uyğun olaraq təhlükəli maddələrin idarə edilməsində səmərəli nəzarət imkanları verir.

Konvensiya tərəflərə bir sıra mühüm öhdəliklər qoyur. Hər bir dövlət səlahiyyətli milli qurumlar təyin etməli, təhlükəli maddələrin idxalı ilə bağlı qəbul etdiyi qərarları Katibliyə bildirməli və bu qərarlar ixrac edən dövlətlər üçün məcburi xarakter daşımalıdır. Bununla idxalçı dövlətlər həmin maddələrin ərazilərinə daxil olması barədə qabaqcadan məlumatlı və əsaslandırılmış mövqe bildirmək imkanı qazanır. Eyni zamanda, ixrac edən dövlətlər maddələrin göndərilməsi ilə bağlı əvvəlcədən bildiriş təqdim etməli, təhlükəsizlik məlumatları və etiketləri əlavə etməli, gömrük kodlarını düzgün göstərməlidirlər. Konvensiya tərəflər arasında hüquqi, texniki və toksikoloji məlumatların mübadiləsini, inkişaf etməkdə olan ölkələrə texniki yardım göstərilməsini və icra mexanizmlərinin təkmilləşdirilməsini də əhatə edir.

Sənədin qoşmaları onun praktiki icra mexanizmlərini müəyyən edir. Burada maddələrin siyahıya əlavə olunması və ya siyahıdan çıxarılması qaydaları, təhlükəli kimyəvi maddələrin konkret siyahısı, mübahisələrin həlli prosedurları, arbitraj və barışıq mexanizmləri, ixrac bildirişləri üçün tələb olunan məlumatlar, habelə uyğunluğa əməl etmə qaydaları təsbit olunub. Annex III-də insan sağlamlığı və ekoloji mühit üçün yüksək risk daşıyan pestisidlər və sənaye kimyəvi maddələri yer alır və Azərbaycan Respublikası Konvensiyaya qoşulmaqla həmin maddələrin beynəlxalq dövriyyəsinə dair qəbul olunmuş prosedurlarda iştirak edəcəkdir.

Azərbaycanın bu Konvensiyaya qoşulması milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, kimyəvi təhlükəsizliyin və ekoloji mühafizənin gücləndirilməsinə, həmçinin beynəlxalq əməkdaşlıq və texniki yardımdan faydalanmaq imkanlarının genişlənməsinə xidmət edəcək.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri