Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər KONKRET

“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC mənfəətdən zərərə keçib. 

KONKRET.az xəbər verir ki, dövlət şirkəti 2023-cü ili 2023-cü ili 101,3 mln. manat məcmu zərərlə bitirib. Halbuki, QSC 2022-ci ili 48,1 mln. manat xalis mənfəətlə bitirmişdi.

ADY-nin ötən ilin zərərlə başa vurmasının əsas səbəbi gəlirlərin cüzi artması fonunda, əsasən sair xərclərin kəskin artması ilə bağlıdır.

Belə ki, 2022-ci ildə dövlət şirkətinin cəmi gəlirləri 601,4 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 602,7 mln. manata bərabər olub.

Köhnəlmə və amortizasiya 83,5 mln. manatdan 108,34 mln. manata, əməkhaqqı və əlaqəli ödənişlər 204,15 mln. manatdan 264,3 manata, elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri isə 63,6 mln. manatdan  71,1 mln. manata yüksəlib.

Ən əsası isə sair xərclər 52,5 mln. manatdan 126,89 mln. manata yüksəlib. Başqa sözlə, bir ildə ADY sair xərclərini 74,4 mln. manat artırıb.

QSC audit hesabatını yarımçıq açıqladığı üçün bu xərclərinin nədən ibarət olduğunu aydınlaşdırmaq mümkün deyil.

Nəticədə ADY-nin əməliyyatı ötən il 53,97 mln. manat həcmində zərərli olub.

Şirkətin mənfəət vergisi ödəmələri isə 20,8 mln. manatdan 2,3 mln. manata enib.

2023-cü ilin 101 mln. manatlıq zərəri də əlavə edildikdən sonra ümumilikdə ADY-nin yığılmış zərəri 4 mlrd. 447,6 mln. manata çatıb.

Dövlət şirkətinin cəmi aktivləri ötən il 5,08 mlrd. manatdan 5,97 mlrd. manata, cəmi öhdəlikləri 2,45 mlrd. manatdan 2,58 mlrd. manata, cəmi kapitalı isə 2,63 mlrd. manatdan 3,39 mlrd. manata yüksəlib.

Qeyd edək ki,  iri şirkətlər, o cümlədən dövlət şirkətləri maliyyə və audit hesabatlarını tam şəkildə açıqlamalıdırlar. Hesabatların yarımçıq açıqlanması və rəqəmlərin şərh edilməməsi həmin şirkətlərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla  bağlı şübhələr doğurur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Dekabr 2024 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri