Icma.az
close
up
RU
Azərbaycan Dəmir Yollarının nümayəndəsi: Bileti nə qədər tez alsan, o qədər ucuz başa gəlir

Azərbaycan Dəmir Yollarının nümayəndəsi: Bileti nə qədər tez alsan, o qədər ucuz başa gəlir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC yanvarın 3-dən Bakı-Balakən-Bakı reysini bərpa edir.

Bizimyol.info bu istiqamətdə hərəkət edəcək qatarların sürəti və biletlərin qiymətləri barədə material təqdim edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev qiymətlərin bahalığı və sürətin çox aşağı olması haqda iddialarla razılaşmır.

Bəxtiyar Hacıyevin sözlərinə görə, bu yolda uzun müddət idi ki, əsaslı təmir işləri həyata keçirilməmişdi. Həm relslərin vəziyyətini, həm də gecə qatarları ilə bağlı təcrübəni nəzərə alaraq, hazırda nəzərdə tutulan sürətdə qatarların hərəkətinə qərar verilib:

“Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir. Gündüz hərəkət edən sürətli qatarlardan fərqli olaraq, gecə qatarlarının sürəti aşağı olur. Sərnişindaşıma üçün həmin yola gecə qatarlarının verilməsi məqsədəuyğun hesab edildi. Eyni zamanda, insanların özləri üçün də gecə qatarlarının hərəkəti sərfəlidir, buna tələbat var. Çünki insanlar gecələr qatar hərəkət edərkən yuxuda olur, səhər oyananda artıq mənzil başına çatırlar. Yəni yeni günə erkən saatlardan başlayır və ya gündüz saatlarını itirmirlər. Həmçinin gecə hərəkət edən qatarların sürəti məsələsində onun mənzil başına çatma vaxtı nəzərə alınır. Elə vaxt nəzərdə tutulur ki, sərnişin çatanda ona sərfəli olsun. Məsələn, sərnişin üçün Balakənə gecə saat 4-dənsə, səhər gedib çatmaq daha sərfəlidir”.

Qiymətlərin bahalığına gəlincə, ADY nümayəndəsi bununla da razılaşmır. Deyir ki, maddi baxımdan hər təbəqənin cibinə və istəyinə uyğun biletlər olacaq. Onun sözlərinə görə, qiymətlər 17 manatdan başlayır, “Standart”, “Standart+” və “Biznes” sinif qiymətləri təklif olunur:

“Kim istəsə, 17 manatlıq biletlə gedəcək. Bu, əvvəl “plaskart” adlandırılan vaqonlar demək idi. Əvvəlkilərdən fərqli olaraq, indi vaqonlar yenilənib, pərdələr çəkilib. “Standart+” əvvəl “kupe” adlandırdığımız xidmətdir. Elə sərnişinlər də var ki, daha rahat getmək istəyir. Yəni hər kəsin cibinə və istəyinə uyğundur. Bu, bütün dünyada belədir. Bazarda tələb-təklif məsələsi var. Biz bütün sərnişinləri nəzərə alırıq. Bundan başqa, “Standart” və “Standart+” siniflər üçün ödənişsiz yük həcmi 36 kiloqram, biznes sinif üçün isə 50 kiloqramdır. Bu, “Stadler” qatarlarında 23 kiloqramdır. Həmçinin Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda pulsuz “W-Fi” xidməti aktiv ediləcək. Bu, sərnişinlərə mobil cihazları vasitəsilə yazışmalar və onlayn axtarış kimi imkanlar verəcək”.

Bəxtiyar Hacıyev vurğulayıb ki, bir çox başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da dəmir yolu biletlərini əvvəldən alanlar nisbətən ucuz əldə edə bilirlər. O xatırladıb ki, dinamik qiymət siyasəti bütün dünyada var:

“Məsələn, sabaha olan qatarın qiyməti ilə 10, 25 gün sonraya olan qatarın qiyməti arasında fərq olur. Bileti nə qədər tez alsan, bir o qədər ucuz başa gəlir. Həftəsonları, bayram günləri – tələbat çox olan günlərdə isə qiymət nisbətən fərqlənir”.

ADY təmsilçisi əlavə edib ki, Azərbaycanda ictimai nəqliyyatda məhz dəmir yolunda sərnişinlər üçün bilet gedişə görə deyil, məsafəyə görə dəyişir və minimal qiymət 0,40 AZN-dən başlayır.

“Son 5 ildə bir çox sahələrdə olduğu kimi, dəmir yollarında da çox şey dəyişib, müəyyən xərclər artıb. Bildiyiniz kimi, bir çox xidmətlərdə, elektrik enerjisi, dizel yanacağı tariflərində artımlar oldu. Nəzərə almaq lazımdır ki, infrastrukturun saxlanma xərcləri də var. Bəzən irad tuturlar ki, pandemiyadan öncə qatarlar nisbətən çox istiqamətə gedirdi, indi niyə yoxdur? O qatarların əksəriyyətinin istismar müddəti bitib. Dəmiryol infrastrukturu yenilənməlidir. Yeni hərəkət vasitələri istismara verildikcə, infrastruktur mərhələli şəkildə təmir olunduqca, digər istiqamətlərdə də sərnişindaşımanın bərpasına baxılacaq”, - Bəxtiyar Hacıyev bildirib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri