Azərbaycan diasporasının lideri Rusiyada belə həbs olundu
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada azərbaycanlı icmasının rəhbəri həbs edilib.
Musavat.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Osman Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb. O, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir. Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə cbağlı inayət işi açıb və araşdırma aparılır. Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə ciddi qanun pozuntusu hesab olunur.
Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin qeydiyyatını təşkil edib. İddia olunur ki, azərbaycanlı diaspora lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz işlədib. Yaroslavl regional Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır.
Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə ciddi qanun pozuntusu hesab olunur.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 13 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















