Icma.az
close
up
RU
Azərbaycan dili bu sahədə müstəsna əhəmiyyətə malikdir Deputat

Azərbaycan dili bu sahədə müstəsna əhəmiyyətə malikdir Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avqustun 1-də ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü böyük fəxrlə qeyd olunur. Bu əlamətdar gün dilimizin zəngin tarixini və incəliklərini yad etmək, eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun qloballaşma şəraitində inkişafı və saflığının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərin diqqətə çatdırılması baxımından önəmlidir. Ana dili xalqımızın milli kimliyi, tarixi və mənəvi dəyərlərinin ən qiymətli xəzinəsidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin göstərdiyi prinsipial və qətiyyətli mövqe sayəsində milli dilimizin qorunması və inkişafına yüksək önəm verilib: 

"1930-cü illərdə SSRİ totalitar rejimi çərçivəsində ana dilimiz ciddi təzyiqlərlə üzləşmişdir. O dövrdə milli dil məsələsini qaldıran ziyalılar sürgün və repressiyalara məruz qalmış, belə ağır şəraitdə ana dilinin təbliği cəsarət və böyük səylər tələb etmişdir. 1970-ci illərin ortalarından milli dillərin sıxışdırılması və rus dilinin dominantlığı həmin məsələni ictimai-siyasi həyatın əsas problemlərindən birinə çevirmişdir. Məhz süni məhdudiyyətlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı istiqamətində qətiyyətli və prinsipial mövqe sərgiləyib. Ulu Öndər ana dilinin dövlət dili kimi yaşaması üçün bütün qüvvələri səfərbər etmiş, ziyalıları və xalqı bu müqəddəs mübarizəyə cəlb edib. Azərbaycan dilinin dövlət dili kimi tanınması və onun hüquqi əsaslarının yaradılması baxımından ən mühüm mərhələ 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsidir. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili kimi rəsmi statusu təsbit olunmuşdur. 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət orqanlarında, təhsil və kütləvi informasiya vasitələrində tətbiqinin genişləndirilməsini təmin edib. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. 

Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı Azərbaycan əlifbasının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar olub. Həmçinin Azərbaycan Milli Ensiklopediyasının nəşri və dünya ədəbiyyatı əsərlərinin Azərbaycan dilində tərcüməsi dili zənginləşdirmiş, onun tətbiq dairəsini genişləndirib. 2013-cü il aprelin 9-da Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli dilimizin saflığını qorumaq və onun beynəlxalq səviyyədə tanınmasını təmin etmək baxımından əhəmiyyətli sənəddir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Avqust 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri