Icma.az
close
up
RU
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir

Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

70-ci illərin ortalarında SSRİ-nin qəbul etdiyi Konstitusiyadan sonra tərkibində olan dövlətlərin milli dillərinin sıxışdırılması daha da gücləndi. Həmin dövrdə ana dili məsələsini gündəmə gətirmək olduqca riskli idi. Hətta 30-cu illərdə milli dil məsələsini açanlar Sibirə sürgün olunurdular. Bütün bu maneələrə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsinində öz mövqeyini bildirmişdir.
Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan SSR Konstitusiyasına 1978-ci il 27 aprel tarixində “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir”maddəsi əlavə olunmuşdur.
Ulu Öndər Heydər Əliyev 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edərkən onun təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif edilmişdir: ”Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir.” Bu, Ümummilli Liderin Azərbaycan xalqı qarşısında etdiyi ən böyük tarixi xidmətlərdən biridir.
Hər bir xalqın varlığını dil təmin etdiyi kimi, Azərbaycan dili də onun xalqının varlığının ən əsas amillərindən biridir. Ana dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir.
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider  SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bununla o, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülərkən Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının  Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Yeganə Paşayeva
Xirdalan şəhər 7 nömrəli tam orta məktəbin direktoru
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri