Icma.az
close
up
RU
Azərbaycan dilini öyrənənlərin DİQQƏTİNƏ

Azərbaycan dilini öyrənənlərin DİQQƏTİNƏ

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahanda iştirak etmək istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər: 

"Nəzərinizə çatdırırıq ki, imtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. 

İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq.

Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən Ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb".

CEFR-də olduğu kimi, Azərbaycan Dili Sertifikasiya İmtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər.

Qeyd edək ki, “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) də ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri xanım Məleykə Abbaszadənin təşəbbüsü ilə mütəxəssislər tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib. 

CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

Nigar 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri