Icma.az
close
up
RU
Azərbaycan dilinin qorunub saxlanılması hər bir azərbaycanlının borcudur ŞƏRH

Azərbaycan dilinin qorunub saxlanılması hər bir azərbaycanlının borcudur ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ulu öndər Heydər Əliyev dilimiz haqqında demişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm”. 27 aprel 1978-ci il tarixində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olub. Millətin milliliyini təsdiq edən ən başlıca amil onun dilidir. Azərbaycan dili olmasa ədəbiyyat olmaz, musiqi olmaz, mahnılar olmaz.

Xalqımızın dahi simaları Azərbaycan dilini, milli şüuru və milli məfkurəni daim yaşatmışlar. Azərbaycan dilinin Azərbaycanda hakim olması formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir və təəssüflər olsun ki, çox zaman güclü müqavimətlərlə də rastlaşmışdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və dövlət dili statusu qazanmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan 21-ci maddə daxil edildi. Həmin maddədə qeyd olunur – Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir. İkinci bənddən aydın görünür ki, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan digər xalqların və etnik qrupların milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir.

Dahi lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tarixi Fərmanı müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində dayanırdı. Fərmanda həm dilimizin tarixi ilə bağlı məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərman əsasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Azərbaycan xalqının xilaskarı Dahi lider Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı mühüm sənədlərə imza atmışdır: 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman; 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu; 2 yanvar 2003-cü il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman.

Bu gün dövlət dilimiz olan Azərbaycan dilinin inkişafı və zənginləşdirilməsi cənab prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biridir. Hər bir azərbaycanlının borcu ana dilinə diqqət və qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Əgər dilimizi layiqli şəkildə qoruya bilsək gələcək nəsillərə də ötürə bilərik. Hazırda ölkədə gənclər rus, ingilis, fransız, ərəb və s. dillərdə yaxşı bilirlər. Amma bütün dillərin içərisində ən yaxşısı öz Azərbaycan dilmizdir. Əgər Azərbaycanda dilində bilməsək, biz tam azərbaycanlı sayılmarıq.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri