Icma.az
close
up
RU
Azərbaycan Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda təmsil olunub

Azərbaycan Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda təmsil olunub

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Portuqaliyanın Kaşkay şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda iştirak edib. Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, konfransda çıxış edən R.Məmmədov Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən söhbət açıb, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən həyata keçirilən bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini xatırladıb.

COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən komitə sədri vurğulayıb ki, dünyanın üzləşdiyi ekoloji problemlərin aradan qaldırılmasında müxtəlif konfessiyaların zəngin mənəvi potensialı, nüfuzlu dini liderlərin qlobal məsələlərin həllində mühüm rol oynamaq imkanı keçirilən tədbir vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

R.Məmmədov bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsənin, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın zəngin irsinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə, 2-nin qismən məhv edilərək yararsız hala salınması, 200 qəbiristanlığın darmadağın edilməsi və bu kimi digər əməllərin törədilməsi ilə mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.

“Bununla yanaşı, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur”, - deyə o əlavə edib.

Ramin Məmmədov, həmçinin ölkəmizin ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Noyabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri