Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC ın bəyanatı

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC ın bəyanatı

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb (https://tass.ru/obschestvo/24675415).

Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - https://tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - https://tass.ru/politika/24602463 və s.). TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?

Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı.

1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,“Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni “erməni separatçılarının tabutuna vurulmuş son mıx” adlandırdı.

TASS agentliyinin bugünkü xəbərinin sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu. Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır.

Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri