Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda çıxış edib FOTO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, festival çərçivəsində Çelyabinskdə 7, bölgənin şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.
Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində konsert proqramları ilə çıxış edib.
Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb.
Ansamblın uğurlu çıxışına görə bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















