Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib FOTOLAR
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib. Festival çərçivəsində Çelyabinskdə 7, bölgənin şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.
Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib.
Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında“Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib.
Ansamblın uğurlu çıxışına görə bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib.
Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında“Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib.
Ansamblın uğurlu çıxışına görə bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.







Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda çıxış edib FOTOLAR
07 Dekabr 2024 18:10
Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib
07 Dekabr 2024 18:07
Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib
09 Dekabr 2024 09:48
Azərbaycan Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib AZƏRTAC
07 Dekabr 2024 21:55

