Azərbaycan Dövlət Tərcümə Mərkəzinin törəmə şirkəti də ləğv olunur
Icma.az, Sia Az saytına istinadən bildirir.
Ləğv prosesində olan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) törəmə şirkəti "ADTM Tərcümə Agentliyi" MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, ev 27/121A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "ADTM Tərcümə Agentliyi" 2020-ci ildə 200 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Rüstəm Rövşən oğlu Məmmədovdur.
ADTM Prezident İlham Əliyevin ötən il noyabrın 21-də imzaladığı sərəncamla ləğv olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı AZƏRTAC
21 Noyabr 2024 16:32
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu
21 Noyabr 2024 17:04
Azərkontraktın törəmə lizinq şirkəti də ləğv olunur
04 Dekabr 2024 11:56
