Icma.az
close
up
RU
“Azərbaycan dövləti Afrika ölkələrinə ciddi dəstək göstərir”

“Azərbaycan dövləti Afrika ölkələrinə ciddi dəstək göstərir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Biz Azərbaycanın xarici siyasətini iki istiqamətdə təhlil edə bilərik. Birinci istiqamət müstəqilliyin bərpasından İkinci Qarabağ müharibəsinədək olan dövr, ikinci istiqamət isə ondan sonrakı mərhələdir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə biz artıq birinci mərhələdə olduğundan daha çox açılıma getməyə başladıq və xarici siyasət vektorunu daha da genişləndirdik, əlaqələri dərinləşdirdik. Xüsusən Afrika ölkələri ilə əlaqələrimiz genişləndi. Əslində bizə İkinci Qarabağ müharibəsində də, ondan öncəki mərhələdə də xarici siyasətdəki atdığımız addımlar çox böyük dəstək oldu. Məsələn, Qoşulmama Hərəkatında aktiv iştirakımız və dördillik bir fəaliyyət bizə İkinci Qarabağ müharibəsində bəzi anti-Azərbaycan meyilləri olan güclərin Azərbaycana qarşı tutduğu mövqeyi ciddi şəkildə zərərsizləşdirməyə imkan verdi”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq bu platformanın içində Afrika ölkələrinin də xüsusilə fəallıq göstərdiyini vurğulayaraq əlavə edib ki, eyni zamanda, COP29 çərçivəsində də biz Afrika ölkələrinin böyük bir fəaliyyətinin şahidi olduq: “Yəni Afrika ölkələri ilə Azərbaycan arasında yalnız 1992-2012-ci illərdə deyil, həmçinin günümüzdə də çox ciddi siyasi-iqtisadi əlaqələr formalaşır və bu daha da dərinləşməkdədir. Azərbaycan dövləti Afrikanın müxtəlif ölkələrinə siyasi dəstəklə bərabər, həm də iqtisadi dəstək də göstərir, bir çox təşəbbüslərdə iştirak edir. Hətta Heydər Əliyev Fondunun vasitəsilə də Azərbaycan dövlətinin bir çox layihələri var ki, Afrikada icra olunur. Bunlardan bəziləri Azərbaycan dövlətinin xarici humanitar yardım siyasətinin tərkib hissəsidir, bəziləri isə məhz Heydər Əliyev Fondunun özünün şəxsi təşəbbüsü ilə həyata keçirilir. Yəni humanitar sahədə də Azərbaycan dövləti Afrika ölkələrinə ciddi dəstək göstərir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri