Icma.az
close
up
RU
Azərbaycan dövlətinin Yaşıl Enerji sahəsindəki böyük uğuru ŞƏRH

Azərbaycan dövlətinin Yaşıl Enerji sahəsindəki böyük uğuru ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ölkəmiz hər sahədə inkişaf etdiyi kimi iqtisadiyyat sahəsində də xüsusilə Yaşıl Enerji sahəsində də öz sözünü deyir.Cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın inkişafında mühüm rol oynayır.Buna misal olaraq Azərbaycanda keçirilən bir sıra Beynəlxalq tədbirləri və lahiyələri göstərmək olar.2025-ci ilin əvvəlində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edən hadisə oldu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək ölkənin enerji siyasəti, regional əməkdaşlıq və yaşıl enerji sahəsində atılan addımlar barədə mühüm mesajlar verdi.Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Cənub Qaz Dəhlizi layihəsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda Avropa və region ölkələri üçün də enerji təhlükəsizliyinin təmin olunmasında əsas rola malikdir. Bu layihənin uğurla icrası Azərbaycanın etibarlı və strateji enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirmişdir.Prezident qeyd etdi ki, Azərbaycan enerji sahəsində çoxşaxəli siyasət həyata keçirir. Təbii qaz ixracı ilə yanaşı, ölkə bərpa olunan enerji sahəsində də ciddi strategiyalar həyata keçirir. Günəş və külək enerjisi üzrə yüksək potensialın mövcudluğu, Azərbaycanın bu sahədə yeni layihələrə və investisiyalara açıq olduğunu göstərir.Xüsusilə "Yaşıl enerji dəhlizi" təşəbbüsü çıxışın əsas məqamlarından biri oldu. Prezident Əliyev bildirdi ki, Xəzər dənizindən başlayaraq Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya qədər uzanacaq bu dəhliz Azərbaycanın yaşıl enerjini beynəlxalq bazarlara çıxarmaq istiqamətində atdığı vacib addımdır. Layihə Avropa ölkələrinin yaşıl keçid hədəflərinə töhfə verməklə yanaşı, Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi ola bilər.Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv rol oynamaq niyyətindədir. Bu beynəlxalq tədbir çərçivəsində ölkənin yaşıl enerji potensialı və iqlim siyasəti geniş təqdim olunacaq.Prezident İlham Əliyev çıxışında beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini də vurğuladı. O qeyd etdi ki, Azərbaycanın enerji strategiyası qarşılıqlı hörmət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır. Avropa İttifaqı, beynəlxalq enerji şirkətləri və qonşu ölkələrlə əməkdaşlıq bu istiqamətdə davam edir.

Sonda, Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi yox, eyni zamanda regional sabitlik və siyasi əməkdaşlığa da xidmət etdiyini xüsusi olaraq qeyd etdi. O, Azərbaycanın təşəbbüskarlığı və dayanıqlı yanaşmaları ilə bölgədə etibarlı tərəfdaş və qlobal enerji xəritəsində önəmli oyunçu olduğunu bir daha sübut etdiyini bildirdi.Təbii ki bu konfransın Azərbaycanda keçirilməsi həmçinin 11-ci dəfə məşvərət şurasının Azərbaycanda toplaşması bir daha ölkəmizin iqtisadiyyat sahəsində nə qədər böyük yol qət etdiyinin bariz nümunəsidir.Bizdə vətəndaş olaraq bu inkişafa dəstək durmalı prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək dövlətimizin və ölkəmizin inkişafına dəstək olmalıyıq. Biz birlikdə güclüyük.

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri