Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Bakıvaxtı.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahbanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Məlumata görə, görüşdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Dünya Bankı ilə əməkdaşlıq, Bankın göstərdiyi institusional və texniki dəstək tədbirlərinin bu baxımdan əhəmiyyəti qeyd edilib.
Bundan başqa, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında reallaşdırılan layihələr və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 19 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















