Icma.az
close
up
RU
Azərbaycan Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafını müzakirə edib

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Dünya Neft Şurası (WPC Energy) arasında qlobal enerji gündəliyində aktual məsələlər, regional enerji layihələri və Azərbaycanın təşkilatla əməkdaşlığının inkişafına dair məsələlər müzakirə olunub.

SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Şuranın rezidenti Pedro Miras arasında keçirilən görüşdə aparılıb.

P. Şahbazov bildirib ki, Azərbaycan ənənəvi neft və qaz istehsal edən və ixrac edən ölkə olmasına baxmayaraq, enerji keçidi istiqamətində də irəliləyişlərə nail olub. Son illərdə enerji sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib, bərpa olunan enerji mənbələrinin inkişafına başlanılıb.

Qeyd olunub ki, Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payının 30 %-ə çatdırılmasını hədəfləyib. Hazırda isə bu göstəricinin artıq 2027-ci ilə qədər 33,7 %-ə çatdırılması planlaşdırılır. Bu da ölkənin enerji keçidi istiqamətində ciddi irəliləyiş əldə etdiyini göstərir və bu yolun gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Görüşdə regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinə də diqqət yönəldilib. Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən enerji bağlantıları vahid konsepsiya çərçivəsində qiymətləndirilib. Bildirilib ki, bu layihələr enerji sistemlərinin birləşdirilməsi baxımından ölkələri daha da yaxınlaşdırır və regional enerji təhlükəsizliyinə töhfə verir. Bu layihələrin enerji və rəqəmsal infrastrukturun, həmçinin məlumat mərkəzlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

P. Miras Azərbaycanın Asiya ilə Avropa arasında açar enerji dəhlizi rolunu xüsusi vurğulayaraq, ölkənin müxtəlif enerji baxışları arasında dialoqu təşviq edən nümunəvi model olduğunu bildirib.

Söhbət zamanı 2026-cı ildə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçiriləcək "WPC Energy" Konqresində iştirak və təşkilatla əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri